AŞ PA-da siyasi məhbuslarla bağlı məruzəyə dəyişikliklər qəbul edilib

Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun Trend-ə verdiyi məlumata görə, əlavə və dəyişikliklərin qəbul edilməsi məruzəçi Ştrasserin məruzəsinin 3-cü bəndinin silinməsi ilə nəticələnib. Həmin bəndin əvəzlənməsində göstərilib ki, siyasi məhbusun istənilən meyarlarının şərhi və tətbiqi Avropa İnsan Haqları Konvensiyası və onun protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin müstəsna səlahiyyətidir.

“Bu, o deməkdir ki, məruzəçi cənab Ştrasserin 2 illik cızmaqara etdiyi məruzə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin təklif etdiyi dəyişikliklərlə nəhayət hüququn aliliyinə riayət edən sənədə çevrildi. Dəyişikliklər səs çoxluğu ilə qəbul edildi və AŞPA-nın plenar sessiyasına təsdiq üçün göndərildi”, – Süleymanov deyib.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları