Avropanın enerji təhlükəsizliyi müzakirə olunub

Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı beynəlxalq konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov olub.   Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin  Azərbaycanın Sənaye və Energetika Naziri cənab Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa daxil olublar. Konfransda Azərbaycanın ən ağrılı məsələsi və regionda sabitliyə daim təhlükə olan Dağlıq Qarabağ problemi və onun yaratdığı fəsadlar barədə geniş müzakirələr aparılıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları