Avropanın Azadlıq və Demokratiya Partiyası da Ramil Səfərovun işi ilə bağlı təcili qətnaməyə səs verməkdən imtina etdi

Bu gün Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

“Azadinform” xəbər verir ki,  AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi məlumata əsasən, iclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları baş verib. Belə ki, Liberallar qrupunun ardınca dünən, daha bir fraksiya – Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.

Daha bir siyasi qrupun qətnaməni imzalamaqdan imtina etməsinə münasibət bildirən millət vəkili yaranan vəziyyətdə müzakirəyə çıxarılacaq sənədin bütün siyasi qruplar tərəfindən səsvermə üçün vahid qətnamə təklifi olmayacağını və beləliklə də qəbul olunacaq sənədin AP-nin prosedur qaydalarına əsasən bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola biləcəyini vurğulayıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları