Avropalı deputatlar ölkəmizə səfərə gəlir
Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Səfər Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə reallaşacaq. “Azadinform”un məlumatına görə, Alen Desteks, Dan Yorqensen, Norbert Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti Ağdama gedərək məcburi köçkün qəsəbəsi və məcburi köçkünlərin həyat şəraiti ilə yerində tanış olacaq.
Martın 9-da isə parlamentarilər Bakıda Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. Avropalı deputatları Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, kənd təsərrüfatı naziri İsmət Abbasov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək.
Nümayəndə heyətinin Köhnə Bakıya səyahəti də nəzərdə tutulub.