Avropalı deputatlar ölkəmizə səfər edəcək

Parlamentarilər Helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər edəcək

Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Bu barədə Nbc.az-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidmətindən məlumat verilib

 

 

Parlamentarilər Helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər edəcək

Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Bu barədə Nbc.az-a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Alen Desteks, Dan Yorqensen, Norbert  Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti dövlət rəsmiləri ilə bir neşə görüş keçirəcək və Ağdama gedərək məcburi köçkün qəsəbəsi ilə tanış olacaq.  Martın 8-i axşam saatlarında Bakıda olacaq parlamentarilərin Azərbaycan rəsmiləri ilə görüşləri martın 9-da başlayacaq. Qonaqlar ilk olaraq Baş Nazirin müavini və Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək. Daha sonra Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyev  nümayəndə heyətini qəbul edəcək. Günün ikinci yarısında Avropalı deputatlar Milli Məclisin sədri  Oqtay Əsədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İsmət  Abbasov və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşlər keçirəcək. Günün sonunda qonaqları Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov qəbul edəcək. Martın 10-da Avropalı parlamentarilər Helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər edəcək. Səfər zamanı qonaqlar məcburi köçkünlərin həyat şəraiti ilə yerində tanış olacaq. Paytaxta qayıtdıqdan sonra nümayəndə heyətinin Köhnə Bakıya səyahəti nəzərdə tutulur.  Qonaqlar martın 11-i səhər ölkəmizdən ayrılacaq.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları