Avropalı deputatlar ölkəmizə səfər edəcək

Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. Bu sözləri SİA-ya açqılamasında millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. Onun sözlərinə görə, Alen Desteks, Dan Yorqensen, Norbert Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti dövlət rəsmiləri ilə bir neşə görüş keçirəcək və Ağdama gedərək məcburi köçkün qəsəbəsi ilə tanış olacaq.

O, qeyd edib ki, qonaqlar ilk olaraq Baş Nazirin müavini və Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovla görüşəcək. Daha sonra Azərbaycan Respublikasının sənaye və energetika naziri cənab Natiq Əliyev nümayəndə heyətini qəbul edəcək.

Eyni zamanda avropalı deputatlar Milli Məclisin sədri cənab Oqtay Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab İsmət Abbasov və ARDNŞ-in vitse-prezidenti cənab Elşad Nəsirovla görüşlər keçirəcək. Günün sonunda qonaqları Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov qəbul edəcək.

Martın 10-da avropalı parlamentarilər helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər edəcək. Səfər zamanı qonaqlar məcburi köçkünlərin həyat şəraiti ilə yerində tanış olacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları