Avropa Şurasında “siyasi məhbus” anlayışının meyarları hazırlanacaq

21 may 2012- ci il

Avropa Şurasında “siyasi məhbus” anlayışının meyarları hazırlanacaq. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov Trend-ə bildirib ki, qurumun Hüquq Məsələləri və İnsan Hüquqları komitəsinin Parisdə keçirilən iclasında “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətlər müzakirə edilib.

Onun sözlərinə görə, müzakirələr zamanı bu məsələ ilə bağlı obyektivlik nümayiş etdirilməsinin və məsələnin həlli istiqamətində real irəliləyişlərə nail olmaq üçün komitə üzvlərinin siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsi barədə müraciəti dəstəklənib.

Elxan Süleymanov bu qərarın qəbul edilməsini, eyni zamanda, Avropa Şurasına üzv dövlətlərin bir ailədə birləşdiyi Avropa məkanında, nəhayət ki, Avropa dəyərlərinə və qanunun aliliyinə hörmət edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirib.

Ştrasserin Azərbaycana dair məruzə hazırlaması məsələsinə aydınlıq gətirən millət vəkili deyib ki, komitənin bu qərarına əsasən Avropa Şurasında, ilk növbədə, “siyasi məhbus” anlayışının meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməlidir.

“Yalnız bundan sonra üzv ölkələrdə siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilər. Odur ki, Hüquq məsələləri komitəsinin bugünkü qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilə bilər”, – o deyib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları