Avropa Parlamentinin üzvləri Azərbaycana gələcək
Avqustun 30-dan sentyabrın 3-dək Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaqlar. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, qonaqlar avqustun 31-də baş nazirin müavini və Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək.
Bundan əlavə, onların Azərbaycan Respublikasının Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadovla, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşü nəzərdə tutulub. Nümayəndə heyəti Azərbaycanın Avronest PA-da nümayəndə heyəti ilə də görüşəcək.

Qonaqlar sentyabrın 1-də helikopterlə Ağdamda məcburi köçkün qəsəbəsinə, daha sonra isə Şamaxıya səfər edərək regionla yaxından tanış olacaqlar.