Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək

Avronest PA-da Azərbaycan nümayəndə heyətinintəşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq.

SalamNews xəbər verir ki, qonaqlar noyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası baş katibinin müavini, deputat Mübariz Qurbanlı, Xarici İşlər Nazirliyinin İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, həmçinin Avronest nümayəndə heyəti və Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.

Səfərin 2-ci günündə nümayəndə heyəti helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı gözlənilir.

Səfərin sonuncu günü qonaqların yerli müxalifət partiyaları ilə – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayla görüşü nəzərdə tutulur. Həmin gün ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirovla görüş də planlaşdırılır.

Avropa Parlamentinin siyasi məsəhətçilərindən ibarət nümayəndə heyətinin səfəri noyabrın 3-də başa çatacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları