Avropa Parlamentinin siyasi məsləhətçiləri Bakıya gəlir
Nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq
Avronest Paprlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq.APA-nın məlumatına görə, qonaqlar noyabrın 2-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest nümayəndə heyəti, habelə Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları ilə görüşəcəklər.
Növbəti gün nümayəndə heyəti helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və “Baku Crystal Hall”la tanışlığı gözlənilir.Səfərin sonuncu günü qonaqların bəzi müxalifət partiyaları – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşü nəzərdə tutulur. Həmin gün həmçinin ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşnəzərdə tutulur.Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyətinin səfəri noyabrın 3-də başa çatacaq.