Avropa Parlamentinin siyasi məsləhətçiləri Azərbaycana gəlir

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq. Qonaqlar noyabrın 2-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi   Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini  Gəray Fərhadovla, Yeni Azərbaycan Partiyası  baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlıyla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərovla, Avronest nümayəndə heyəti ilə, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.

Səfərin 2-ci günündə nümayəndə heyəti helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı gözlənilir. Səfərin sonuncu günü yəni noyabrın 3-də qonaqların yerli müxalifət partiyaları ilə – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri  Fərəc Quliyevlə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayla görüşü nəzərdə tutulur. Həmin gün həmçinin ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüş baş tutmalıdır.

Avropa Parlamentinin siyasi məsəhətçilərindən ibarət nümayəndə heyətinin səfəri noyabrın 3-də başa çatacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları