Avropa Parlamentinin seçki müşahidə missiyasının tərkibi açıqlandı
Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, İtaliyalı parlamentari Pino Arlaki təyin edilib
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun BayMedia-ya verdiyi məlumata görə, dünən- 25 sentyabrda Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi açıqlanıb.
AP seçkiləri müşahidə missiyasının Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarət tərkibi müəyyənləşib. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, İtaliyalı parlamentari Pino Arlaki təyin edilib.