Avropa Parlamentinin nümayəndələri Azərbaycanda məsləhətləşmələr aparacaqlar

Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı Avronest PA-da Azərbaycan nümayəndə heyətindən bildirilib.

Qonaqlar noyabrın 2-də Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı, Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest PA-nın nümayəndə heyəti, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.

Avropa Parlamentinin nümayəndə heyəti səfər çərçivəsində helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Büllur Sarayla tanışlığı gözlənilir.

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə həyata keçiriləcək səfərin sonuncu günü qonaqların yerli müxalifət partiyaları – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayla görüşü nəzərdə tutulur. Həmin gün həmçinin ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirovla görüş baş tutacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları