Avropa Parlamentinin Liberallar qrupu Ramil Səfərovun işi ilə bağlı qətnaməni qeyri-obyektiv hesab edir

Sentyabrın 13-də Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaq. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) Trend-ə verilən məlumata görə, sessiya ərəfəsində AP Liberallar qrupunun daxili iclası keçirilib.

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Elxan Süleymanov bildirib ki, sentyabrın 11-də keçirilən iclasda AP-nin rumıniyalı deputatı Norika Nikolay Liberallar qrupunun Ramil Səfərovun işi ilə bağlı olan qətnamə layihəsini imzalamamasını təklif edib. Təklif qəbul edilib və Liberallar qrupu Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.

Liberallar hesab edirlər ki, bu qətnamə qeyri-obyektivdir və sənədin heç bir hüquqi əsası yoxdur. Belə ki, bu qətnamə AP Prosedur qaydalarının 122-ci bəndindəki Təcili qətnamələr adlı tələbə uyğun gəlmir və münaqişə tərəfləri arasında müharibəyə aparan hal kimi qəbul edilə bilər. Liberalların qətnamədən imtina etməsinə qrupun böyük əksəriyyəti səs verib.

Liberalların bu qətnamə layihəsini imzalamamaları sənədin butun siyasi qruplar tərəfindən birgə qətnamə təklifi olmayacağı deməkdir. Nəticədə Avropa Parlamentinin plenar iclasinda səsvermə ücün vahid mətn olmayacaq. Hətta iclasda hər hansı sənəd qəbul edilsə belə, bu, bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola bilər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları