Avropa Parlamentinin Liberallar Qrupu Ramil Səfərov ilə bağlı qətnaməni müdafiə etməmək haqda qərar qəbul edib

Sentyabrın 13-də Avropa Parlamentinin (AP) plenar sessiyasında azərbaycanlı zabit Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaqdır.

Gün.Az xəbər verir ki, sessiya ərəfəsində Avropa Parlamentinin liberallar qrupunun daxili iclası keçirilmişdir.

Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirmişdir ki, sentyabrın 11-də keçirilmiş iclasda Avropa Parlamentinin rumıniyalı deputatı Norika Nikolay Liberallar Qrupunun Ramil Səfərovun işi ilə bağlı qətnamə layihəsini imzalamamağı təklif etmişdir. Təklif qəbul olunmuşdur. Liberallar Qrupu Azərbaycan zabiti ilə bağlı qətnamənin müdafiə olunmaması haqqında qərar qəbul etmişdir.

 

Liberallar hesab edirlər ki, bu qətnamə qeyri–obyektivdir və sənədin heç bir hüquqi əsası yoxdur. Belə ki, qətnamə Avropa Parlamenti Prosedur Qaydalarının 122-ci bəndindəki Təcili Qətnamələr adlı tələbə uyğun gəlmir və münaqişə tərəfləri arasında müharibəyə aparan hal kimi qəbul edilə bilər. Liberalların qətnamədən imtina etməsinə qrupun böyük əksəriyyəti səs vermişdir.

Liberalların bu layihəni imzalamaması sənədin bütün siyasi qruplar tərəfindən birgə qətnamə təklifi olmayacağı deməkdir. Nəticədə Avropa Parlamentinin plenar iclasında səsvermə üçün vahid mətn olmayacaqdır. Hətta iclasda hər hansı sənəd qəbul edilsə belə bu, bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində sənəd olacaqdır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları