“Avropa Parlamentinin hərəkəti bizlər uçun şok idi” Bu fikir Elxan Süleymanovun AP-ya ünvanladığı məktubdandır

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza məktub yazıb.
Bu barədə E. Süleymanovun ofisindən məlumat verilib.
Məktubda Avropa Parlamentinin sentyabrın 13-də qəbul etdiyi qətnamədən narahatçılıq keçirildiyi vurğulanıb: “Parlamentinizin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan bizlər üçün şok idi. Müzakirə və səsverməyə nəzər salaraq anladıq ki, Avropa Parlamenti əslində Macarıstan və onun daxili siyasi mübarizələrinə dair müzakirə aparırdı və bəzi siyasətçilər Macarıstandakı həmin proseslərin bu və ya digər hissəsinə hücum etmək üçün bu məsələdən sadəcə istifadə etdi.

Narahatedici haldır ki, tələsik keçirilən və müzakirədə iştirak edənlərin bir çoxunun Azərbaycan və Ermənistanda vəziyyətdən sadəcə məlumatsız olduğu prosedurda parlament üzvlərinin 10 faizdən az hissəsi bu cür sənədə səs verə bilər. Hətta mənsub olduğunuz siyasi ailə – Sosial-Demokratlar Qrupunun üzvləri mətni səhvən dəstəklədikdən sonra səslərini dəyişdilər”.
Məktubda o da qeyd olunub ki, sentyabrın 13-ü təqdim edilmiş mətn və onun müzakirəsinin işğal edilmiş ərazilər və ya Azərbaycandakı müharibə ilə heç bir əlaqəsi yoxdur.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları