Avropa Parlamentinin deputatı Norbert Neuser Azərbaycanda işgüzar səfərdə olacaq
27 avqust 2012-ci il
Avropa Parlamentinin (AP) deputatı, AP-dA Sosialistlər və Demokratlar Proqressiv Alyansının üzvü, Almaniya Sosial-Demokrat Partiyasının üzvü Norbert Neuser AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvətilə avqustun 27-30-da Bakıda işgüzar səfərdə olacaq.
27 avqust 2012-ci il
Avropa Parlamentinin (AP) deputatı, AP-dA Sosialistlər və Demokratlar Proqressiv Alyansının üzvü, Almaniya Sosial-Demokrat Partiyasının üzvü Norbert Neuser AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvətilə avqustun 27-30-da Bakıda işgüzar səfərdə olacaq.
SalamNews xəbər verir ki, N.Neuser səfər ərzində Azərbaycanın müstəqillik dövründə qazandığı uğurlar, demokratik dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş maddi və mənəvi zərər barədə məlumat əldə etmək istəyir. O, səfər zamanı Almaniyanın Maynts şəhəri ilə Bakı şəhəri arasında Mayntsın meri adından mövcud olan qardaşlaşmış şəhər əlaqələrinin bərpa edilərək yeni müstəvidə inkişafı təklifi ilə çıxış edəcək və bu təkliflə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirə aparacaq.
Qonaq həmçinin Azərbaycanın iş adamları ilə görüşməyi, Avropa İttifaqının dəstəklədiyi təhsil proqramları ilə tanış olacaq.
Xatırladaq ki, N.Neuser Avropa İttifaqı Parlament Assambleyasında İnkişaf Komitəsinin və Afrika-Karib dənizi-Sakit okean komitəsinin üzvü, xarici əlaqələr komitəsinin, Fələstin Qanunvericilik Şurası ilə əlaqələr, Şərq ölkələri ilə əlaqələr və Pan-Afrika Parlamenti ilə əlaqələr üzrə nümayəndə heyətlərinin əvəzedici üzvüdür. O, Gənc Sosialistlərin federal icra ofisinin üzvü (1982-84), Sosial-Demokratlar Partiyasının Raynlend-Palatine Regional icra ofisinin üzvü (1987-2006), Sosial-Demokratlar Partiyasının Rayn-Hunsrük bölməsinin sədri (1986-2006) olub, Macarıstanın Keszteli şəhərinin fəxri vətəndaşıdır.