Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib
Avropa Parlamentinin oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi açıqlanıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) Trend-ə verilən məlumata görə, “Avronest” PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, AP seçkiləri müşahidə missiyasının Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qrupunun hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarət tərkibi müəyyənləşib.
Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italiyalı parlamentari Pino Arlaki təyin edilib.