Avropa Parlamentindən ermənilərə daha bir zərbə

Avropanın Azadlıq və Demokratiya Partiyası da təcili qətnaməyə səs verməkdən imtina etdi. Bu barədə Publika.Az-a AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,  Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.

İclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları baş verib. Liberallar qrupunun ardınca dünən, sentyabrın 12-də daha bir fraksiya – Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.

Daha bir siyasi qrupun qətnaməni imzalamaqdan imtina etməsinə münasibət bildirən millət vəkili yaranmış vəziyyətdə müzakirəyə çıxarılacaq sənədin bütünn siyasi qruplar tərəfindən səsvermə üçün vahid qətnamə təklifi olmayacağını və beləliklə də qəbul olunacaq sənədin AP-nin prosedur qaydalarına əsasən bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola biləcəyini vurğuladı.

Xatırladaq ki, bu gün Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları