Avropa Parlamenti Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarıb

“Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarması Azərbaycanın müstəqillik tarixində mühüm məqamdır”.

APA-nın məlumatına görə, bunu Avronest PA-nın vitse-prezidenti, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.

E. Süleymanov bildirib ki, Avropa Parlamenti Aİ və Azərbaycan arasındakı əməkdaşlığın bir hissəsi kimi Azərbaycanda keçirilmiş 2005, 2008 və 2010-cu il seçkilərinə üç missiya göndərib və onların hamısı müvafiq şəkildə irəliləyişi qeyd edərək, olduqca müsbət hesabatlar hazırlayıblar: “Gənc demokratiya olan Azərbaycan Aİ ilə bir çox sahələrdə əməkdaşlıq edir və hal-hazırda Assosiasiya Sazişi ilə bağlı danışıqlar aparır. Bu saziş ticarət və mədəniyyət əlaqələrinin inkişafına, o cümlədən təhsil, nəqliyyat və digər sahələrdə Avropadan daha çox dəstəyin alınmasına səbəb olacaq. AP-nin bir çox üzvləri Azərbaycanı Ermənistanla mübarizəsində də dəstəkləyir. Bunu Aİ ilə hər hansı assosiasiya sazişinin bağlanmasını Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə şərtləndirən AP məruzəsində görmək olar”.

E. Süleymanovun sözlərinə görə, Avropa Parlamentinin bu qərarı Azərbaycana Avropada yeni və təkmilləşmiş demokratik obraz verir: “Qeyd edək ki, AP 2013-cü ildə Ermənistana missiya göndərmişdi və bir missiyanı da Gürcüstana göndərməyi planlaşdırır. Bununla Cənubi Qafqazda Azərbaycan demokratik standartlara bu səviyyədə cavab verən ilk ölkə olur. Maraqlıdır ki, 2013-cü ildə Avropanın seçkilərin monitorinqini aparmadığı Çili, Yaponiya, Argentina, Avstraliya, Norveç və ya İslandiya kimi ölkələrin hamısı dünya demokratiya indeksində yüksək göstəriciyə malikdir. Bu yeni obrazın inkişafa doğru yolda Azərbaycana kömək edəcəyinə ümid edilir. Ümid edirəm ki, Azərbaycan gələcəkdə Avropa ilə yaxın əlaqələr quracaq və hər iki tərəfdaş iqtisadi və mədəni mübadilədən inkişaf edə, həm regionlarında və həm də bütün dünyada daha təhlükəsiz və daha sabit cəmiyyət qurula biləcək”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları