AVRONEST yekunlaşdı: avropalı deputatlar Qarabağdan danışdılar

 

4 aprel 2012-ci il

AVRONEST Parlament Assambleyasının Bakıda keçirilən növbəti 2-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Modern.az bildirir ki, brifinqdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də diqqətdə olub. Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan razılaşmasından asılıdır.

Qurumun həmsədri Kristian Vigenin bildirib ki, AVRONEST  PA-nın Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında regionda təhlükəsizliyin qarşısında duran təhdidlər öz əksini tapacaq.

 

“Burada Daqlıq Qarabağla yanaşı, Moldova və Gürcüstanda olan münaqişələr də əks olunacaq. Parlament Assambleyası olaraq biz çalışırıq ki, tərəflər arasında etibar, inam yaradaq” – deyə o qeyd edib. K.Vigenin qeyd edib ki, 20 ildir ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə məşğul olur və inanır ki, bu proses daha 20 il davam etməyəcək.

“Ermənistan və Azərbaycan da Minsk qrupuna yardım etməlidir ki, bu məsələ öz həllini tapsın”.

AVRONEST- in münaqişənin həlli ilə bağlı qərar qəbul etmək səlahiyyətinin olmadığını bildirən Vigenin eyni zamanda qeyd edib ki, gələcəkdə qurumun hər hansı hesabatlarında bu münaqişə ilə bağlı məsələnin əks olunacağını istisna etmir.

Həmsədr əlavə edib ki, AVRONEST -in Bakıda keçirilən iclası zamanı qurumun münaqişələrlə bağlı tövsiyələrinin hazırlanması üzrə ümumi razılığa gəlinib.

“Biz bu tövsiyələrin yerinə yetirilməsi ilə bağlı qiymətləndirmə formasını da hazırlayacağıq və bundan sonra hər bir parlamentin AVRONEST-in qərarlarına nə dərəcədə əməl etdiyi qiymətləndiriləcək”, – o deyib.

Qurumun həmsədri Boris Tarasyuk AVRONEST adından deyil, Ukrayna dövlətinin mövqeyini qeyd edərək bildirib ki, Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu münaqişənin tezliklə sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Brifinqdə həmçinin vurğulanıb ki, “Şərq tərəfdaşlığı” layihəsi üzvü ölkələr üzərinə insan haqları ilə bağlı öhdəliklər qoyur. Əgər bu ölkələr Avropya inteqrasiya yolu tutublarsa bu öhdəliklərə əməl etməlidirlər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları