Avronest PA üzvləri Bakıdadı
Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-9 iyul 2013-cü il tarixlərində Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin tərkibində təmsil olunurlar: -Mario DAVID (Portuqaliya)- Rəşida DATI (Fransa)
– Filip KAÇMAREK (Polşa)- xanım Elena ANTONESKU (Rumıniya)-Jorge MORGADO (Portuqaliya) – keçmiş deputat.
Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı cənab Alain DESTEKS müşayət edir. Azərbaycana səfəri zamanı Avropa Parlamentinin deputatlarının Azərbaycan Prezidenti Administrasiyasında, Xarici İşlər nazirliyində, Sənaye və Energetika nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qəbulda olmaları nəzərdə tutulub. Nümayəndə heyətinin üzvlərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq səfəri və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçirmələri gözlənilir.
Avropa Parlamentinin deputatlarının ölkəmizə səfəri onlar tətəfindən Azərbaycanın problemləri ilə yaxından tanış olmalarına və ölkəmizə davamlı siyasi dəstək vermələrinə xidmət edəcək.