Avronest PA-nın üzvləri Azərbaycanda

AzVision.az-ın məlumatına görə Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.


Nümayəndə heyətinin tərkibində təmsil olunurlar:
– cənab Mario DAVID (Portuqaliya)
– xanım Rəşida DATI (Fransa)
– cənab Filip KAÇMAREK (Polşa)
– xanım Elena ANTONESKU (Rumıniya)
– cənab Jorge MORGADO (Portuqaliya) – keçmiş deputat.

Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı cənab Alain DESTEKS müşayət edir. 

Azərbaycana səfəri zamanı Avropa Parlamentinin deputatlarının Azərbaycan Prezidenti Administrasiyasında, Xarici İşlər Nazirliyində, Sənaye və Energetika Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qəbulda olmaları nəzərdə tutulub. Nümayəndə heyətinin üzvlərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq səfəri və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçirmələri gözlənilir.

Avropa Parlamentinin deputatlarının ölkəmizə səfəri onların Azərbaycanın problemləri ilə yaxından tanış olmalarına və ölkəmizə davamlı siyasi dəstək vermələrinə xidmət edəcək.

AzVision.az

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları