AVRONEST PA-nın vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinə müraciət edib
Avropa Parlamentinin bütün üzvlərinə
Hörmətli üzvlər,
Azərbaycanın Avronest PA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, 15 aprel 2015-ci ildə Brüsseldə qondarma erməni soyqırımının yüzilliyinə dair keçirdiyiniz müzakirə və səsverməyə, qəbul edilən qətnaməyə öz qəti etirazımı bildirmək üçün yazıram. Qurumunuzun bu uğursuz qərarına böyük narazılığımı və təhlükəsizlik baxımından onsuz da həssas olan regionda sabitliyi pozmaq istiqamətindəki bu cəhdinə təəccübümü ifadə etmək istərdim.
Avropa İttifaqına üzv dövlətlər bir əsr
əvvəl Osmanlı İmperiyasında baş vermiş faciəvi hadisələrlə bağlı haqlı olaraq
yekdil mövqeyə malik deyildir. Aİ-nin əksər üzvləri, dünyanın bir çox ölkələri,
Aİ komissarları, siyasətçilər və partiyalar bu kimi birbaşa ifadədən çəkinir və
sülh və sabitliyin əhəmiyyətini anlayır. Lakin son illər Avropa Parlamentində
yaranan görünməmiş erməniyönümlü model
səbəbindən belə görünür ki, siz
yenidən dəqiq araşdırmadan və düzgün anlamadan onların bu xüsusi yanaşmasını qəbul
etmisiniz. Həm Ermənistan, həm də əksər Avropa ölkələrində hadisələrə dair
arxivlər hələ də bağlıdır və açıq-aydın görünür ki, arxivi açmaqdan imtina
yalnız həqiqəti ermənilərə daha uyğun formada dəyişməyə dəlalət edə bilər.
Qurumunuz keçmişdə də belə ikili
standartlar nümayiş etdirib və təəssüf ki, bu, birinci dəfə baş vermir. Siz ermənilərin
maraqlarını açıq müdafiə edir, eyni zamanda hər imkanda Azərbaycanı və Türkiyəni
ədalətsiz olaraq Ermənistanın tapdağı altına salmaq niyyəti güdür, qərəzli
mövqedən əl çəkmirsiniz. Siz
Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa çağırmırsınız. Siz faktiki olaraq 1992-ci il Xocalı
hadisələrini heç bir formada tanımırsınız, halbuki Ermənistan qoşunları bütövlükdə Azərbaycan xalqına qarşı sübut olunmuş
genosid törətmişdir! Buna baxmayaraq, siz yenidən erməni
diskursuna (düşüncəsinə) uyğunlaşmağı seçdiniz. Siz Dağlıq Qarabağın işğalına, Kəlbəcər,
Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzulinin işğalına göz yumur və
bütün bunlar olmamış kimi davranırsınız! Sizin Xocalı soyqırımını inkar etməyiniz, işğalı inkar etməyiniz
qanunsuzdur və pislənilməlidir!
Bu ilin mart ayında Ermənilərin Azərbaycan xalqını soyqırıma məruz qoymasının
110 ili tamam oldu. Siz nəinki bu
soyqırımı tanımaq, hətta bu barədə xatırlamaq belə istəmədiniz!
Aİ-dən kənar ölkələr xarici siyasətinizi
anlamaqda çox çətinlik çəkir. Bir tərəfdən, siz sülh, təhlükəsizlik, sabitlik,
insan hüquqları və demokratiyanı müdafiə etdiyinizi iddia edirsiniz. Digər tərəfdən,
hətta siz bu məktubu oxuyarkən qoşunları Azərbaycan torpaqlarını işğalda
saxlayan və Azərbaycan vətəndaşlarını güllələyən bir ölkəni, küçələrdə hökumətə
qarşı etirazlarda öz vətəndaşlarını güllələyən problemli rejimi – Ermənistanı
müdafiə edirsiniz! Məhz o ölkəni ki yüz il əvvəl baş vermiş hadisələrə görə
Türkiyə ilə əlaqələrini qaydaya salmaqdan imtina edir və məhz o ölkəni ki Avropa
İttifaqı ilə işləməyi deyil, Avrasiya İttifaqına qoşulmağı seçib!
Eyni zamanda bu qətnamənin kökündə
geosiyasi səbəblər və dini amillər durur. Roma Papasının 12 aprel çıxışı bunun
canlı sübütu və müsəlman Türkiyəsinə qarşı özünəməxsus səlib yürüşünün
başlanması üçün bir siqnal oldu.
Siz öz fəaliyyətinizdə türk və erməni
xalqları arasında dinc yanaşı yaşama, tolerantlıq, həmrəylik təbliği əvəzinə,
bu ağılsız qətnamənizlə sülhə yox, Ukrayna və Rusiya arasında yaratdığınız
nifaq kimi qarşılıqlı nifrətə və düşmənçiliyə çağırış etmiş oldunuz ki, bu da gələcək
nəsillər üçün çox təhlükəlidir.
Sizin
davranışınız, faktiki olaraq, qəribədir
və bir çox Avropalı vətəndaşların nə üçün Avropa Parlamentindən narazılığının və
ona inamsızlığının artdığını izah edir. Həqiqətən də məhz bu kimi ismarışlar azərbaycanlı seçicilərin nə üçün
Avropa ilə artan yaxud hətta gələcək əməkdaşlığa sərt yanaşdığını izah edir. Bu
andan etibarən son illər ardıcıl şəkildə qəbul etdiyiniz bu kimi qətnamələrdən
sonra çətin ki, seçicilərimiz
nümayəndə heyətimizin Avronest çərçivəsindəki gələcək fəaliyyətini dəstəkləsin.
Təəssüf ki, görünür, Ermənistanın gündəliyi
digər yerlərdə də təşviq edilməkdədir. AŞPA Prezidenti xanım Ann Brassörün son
uğursuz bəyanatı da qurumunuzun yanlış mövqeyini əks etdirir.
Biz bu birtərəfli əsassız və tarix boyu işğalçılığı,
təcavüzkalığı ilə tanınan, türk və azərbaycan xalqlarını dəfələrlə soyqırıma məruz
qoyan erməniləri haqsız olaraq müdafiə edən qərəzli qətnamənizi rədd edirik.
Hörmətli üzvlər, sizi erməni lobbiçiləri
tərəfindən idarə edildiyinizi anlamağa və ismarışlarınızın real təsirini və
ardıcıllığını araşdırmağa başlamağa çağırıram!
Hörmətlə,
Elxan Süleymanov
AVRONEST PA vitse-prezidenti