Avronest PA-nın ilk iclası başlayıb

Sentyabrın 14-də Strasburqda Avronest Parlament Assambleyasının (PA) ilk sessiyası başlayıb. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, sessiyada Milli Məclisin Assambleyadakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Məlahət İbrahimqızı, Rasim Musabəyov, Fərəc Quliyev, Sevinc Hüseynova, Rövşən Rzayev, Azər Kərimli, Fuad Muradov və Asim Mollazadə iştirak edirlər.


Əvvəlcə qurumun komitə və büro iclasları keçirilib, insan haqları, demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, sosial məsələlər və digər mövzularda fikir mübadiləsi aparılıb.
Sentyabrın 15-də isə Avronest PA-nın ilk ümumi iclası keçiriləcək.
Avropa Parlamentinin sədri Yeji Buzekin çıxışı ilə başlayacaq iclasda sentyabrın 29-30-da tərəfdaş dövlətlərin Varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə hazırlığı nəzərdə tutan tövsiyə xarakterli qətnamə və Assambleyanın 2011-2012-ci illər üçün iş planının qəbulu gözlənilir./APA/

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları