Avronest PA-nın vitse-prezidenti Ermənistan nümayəndə heyətinin əsassız fikirlərinə cavab verib

9 aprel 2012-ci il

Azərbaycanın Avronest Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, Avronest PA-nın həmprezidentləri Kristian Vigenin, Boris Tarasyuk və Avronest PA-nın büro üzvlərinə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, Avronest PA sessiyası dövründə Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirilib. Sessiya zamanı onların təhlükəsizliyinin yüksək peşəkarlıqla Azərbaycan tərəfindən tam təmin edilib: «Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri cənab Vaan Hovannisyan etiraf edib ki, onlar Azərbaycan deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən heç bir aqressiyanın şahidi olmayıblar. Beləliklə, sessiya müddətində biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə heyətinin üzvləri də daxil olmaqla bütün qonaqlarla bərabər davranan ev sahibi olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik. Təəssüf hissi ilə bildirməliyəm ki, Ermənistan nümayəndə heyəti sessiya başa çatdıqdan sonra Yerevanda keçirdikləri mətbuat konfransında sessiyanın gedişatı ilə bağlı təhrif edici fikirlər söyləyib və sessiya zamanı əldə edilmiş uğurları şübhə altına almağa çalışıblar.

Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Hovannisyan Azərbaycanda “Ermənistan nümayəndə heyətinin KİV nümayəndələrindən və Avropa deputatlarından tamamilə təcrid edildiyini” və özünün “gizli inqilabi hiylələr”dən istifadə edərək, bir KİV-ə geniş müsahibə verdiyini iddia edir. Bununla bağlı bildirmək istərdim ki, cənab Hovannisyanın müsahibəsi Azərbaycanın bütün nüfuzlu qəzetlərində çap olunub, aparıcı telekanalların “Xəbərlər” proqramında yayımlanıb. O, Azərbaycan vətəndaşlarının yüksək səviyyədə qonaqpərvərliyindən, erməni nümayəndə heyətinin üzvlərinə qarşı hər hansı düşmənçilik nümayiş etdirməmələrindən və loyal münasibət göstərmələrindən sui-istifadə edib. Dağlıq Qarabağı “özlərinin dağları” adlandıraraq, Azərbaycan vətəndaşlarının bu “dağlar uğrunda ölmək istəmədiyi” kimi təxribat xarakterli informasiya yayıblar».

Müraciətdə həmçinin qeyd olunub ki, Ermənistan nümayəndə heyətinin rəhbəri “bütün dövlət qurumları və agentliklərinin divarlarında Qarabağın da daxil edildiyi xəritələr asıldığını bildirib. Bununla hakimiyyət orqanları əhaliyə onların unutmaq istədiyi “Böyük Azərbaycan” fikrini xatırlatmağa çalışdıqlarını» deyib: «Bununla bağlı vurğulamalıyam ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın dövlət müstəqilliyi keçmiş SSRİ-nin tərkibinə daxil olduğu sərhədlər çərçivəsində tanınıb. Odur ki, həm tarixi, həm də hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir və bizim xəritələrimiz bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, NATO və AŞPA-nın divarlarında görə biləcəyiniz xəritələrlə tamamilə eynidir. Aydındır ki, ictimaiyyətə belə bəyanatlar vermək absurddur və bu, yalnız Ermənistanın ölkəmizə qarşı davam edən düşmənçiliyini və beynəlxalq təşkilatların fikrinə etinasızlığını sübut edir».

E. Süleymanov müraciətində həmçinin xatırladıb ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycan prezidentinin plenar iclasdakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söylədiyi fikirləri şübhə altına alıb: «Xatırlatmaq istərdim ki, prezident öz nitqində bu münaqişə ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrində öz təsdiqini tapmış faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb. 25-26 fevral 1992-ci il tarixdə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətləri soyqırım cinayəti olduğunu, Xocalı soyqırımını “barbarlıq aktı və faşizmin təcəssümü” kimi dəyərləndirib. Odur ki, ermənistanlı həmkarımızın Azərbaycan prezidentinə qarşı “müharibəyə təhrik vasitəsilə siyasi dividendlər qazanması” kimi əsassız ittihamlar irəli sürməsi qətiyyən yolverilməzdir. Belə ki, prezident İlham Əliyev dəfələrlə müxtəlif tribunalardan Azərbaycanın özünümüdafiə hüququnun olmasına baxmayaraq, münaqişənin dinc yolla həllinə nail olunmasının və bu məqsədlə danışıqlar prosesinin davam etdirilməsinin vacib olduğunu bəyan edib».

E. Süleymanov Avronest PA-nın İrəvanda keçirilən Sosial məsələlər komitəsinin iclası zamanı ev sahiblərinin azərbaycanlı deputatları əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışçılar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdiklərini də xatırladıb. Qeyd edib ki, iclaslar Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda keçirilib. Ermənistan nümayəndə heyətinin üzvləri isə Avronest PA-nın Bakı sessiyası zamanı yenə də Assambleya üzvləri arasında anti-Azərbaycan təbliğatları özündə əks etdirən üç kitab yayıblar. Azərbaycan tərəfi bu dəfə də Avronest PA-nın fəaliyyətinə kölgə salmamaq, ikinci sessiyanın uğurla başa çatmasına nail olmaq məqsədilə bu təxribatlara reaksiya verməyib: «Avronest PA-da Azərbaycan nümayəndə heyəti qurumun Bakı sessiyasının uğuruna mane ola bilmədiklərinə peşman olan Ermənistan nümayəndə heyətini hər cür qeyri-obyektiv, qərəzli, təxribat xarakterli bəyanatlarına və anti-Azərbaycan təbliğatına son qoymağa və bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü əks etdirən qətnamələrinə hörmətlə yanaşmağa dəvət edir, Assambleyanın məqsədlərinə nail olunması istiqamətində əməkdaşlığa çağırır»./Apa

Digər mənbələr: trend.az milli.az

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları