AvroNest PA-nın komitələrindən birinin iclası Bakıda keçiriləcək

Bu barədə Trend-ə AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov məlumat verib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, AvroNest PA Enerji Təhlükəsizliyi komitəsinin iclası 11-13 fevralda Bakıda (Azərbaycan), Siyasi Məsələlər Komitənin iclası 12-13 fevralda Tbilisidə (Gürcüstan), İqtisadi İnteqrasiya Komitəsinin iclası isə 14-15 fevralda Kişinyovda (Moldova) keçiriləcək.

Elxan Süleymanov komitələrin iclaslarının gündəliyinə diqqət çəkərək vurğulayıb ki, bu ilin may ayında Brüsseldə AvroNest PA-nın 3-cü növbəti plenar sessiyası keçiriləcək. Komitə iclaslarında 3-cü plenar sessiya zamanı müzakirəyə çıxarılacaq məruzə layihələrinin ilkin təqdimatı keçiriləcək.

Siyasi Məsələlər Komitəsinin iclasında Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü Riszard Çarneki və Ukrayna Parlamentinin üzvü Boris Tarasyuk tərəfindən hazırlanmış “Şərqi Avropa Tərəfdaş ölkələrində regional təhlükəsizlik çağırışları” məruzəsi müzakirəyə çıxarılacaq.

İqtisadi İnteqrasiya Komitəsinin iclasında isə həmməruzəçilər – Avropa Parlamentinin deputatı, Sosialistlərin və Demokratların Mütərəqqi Birliyinin üzvü Yevgeni Kirilov və Moldova Parlamentinin üzvü Veaçeslav Yonita – “Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa İttifaqının iqtisadi sahədə olan qanunvericilik ilə uzlaşdırılması” mövzusunda məruzəni təqdim edəcəklər.

Bakıda keçiriləcək Enerji Təhlükəsizliyi Komitəsinin iclasında “Enerji bazarı ilə bağlı enerji təhlükəsizliyi və Şərqi Avropa Tərəfdaşı dövlətləri ilə Avropa İttifaqı dövlətləri arasında uyğunlaşdırma” məruzəsi müzakirəyə çıxarılacaq. Məruzə Avropa Parlamentinin Niderlanddan olan deputatı, Avropa Vahid Sosialistlər qrupunun üzvü cənab Gerben-Jan Gerbrandi və Gürcüstan Parlamentinin üzvü cənab David Onoprişvili tərəfindən hazırlanıb. Komitənin iclasında Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyevin, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun və Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun çıxışlarının nəzərdə tutulur.

Millət vəkili eyni zamanda AvroNest PA-nın Avropa Parlamenti komponenti tərəfindən əlavə və düzəlişlər üçün son tarix kimi 20 mart 2013-cü il təklif edildiyini diqqətə çatdırıb. O, Komitə iclaslarında müəyyən edilmiş tarixə qədər təklif edilən əlavə və düzəlişlər də nəzərə alınmaqla məruzə layihələrinin son variantının hazırlanacağını vurğulayıb. Prosedur qaydalarına görə, məruzə layihələrinin son variantı komitələrin AvroNest PA-nın plenar sessiyası çərçivəsində Brüsseldə keçiriləcək iclaslarında müzakirə yenidən edilərək, təsdiqlənmək üçün səsverməyə çıxarılacaq və bundan sonra 28-29 may 2013-cü il tarixdə AvroNest PA-nın plenar iclasında Komitə tərəfindən təklif olunan yekun məruzə qəbul olunacaqdır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları

AvroNest PA-nın komitələrindən birinin iclası Bakıda keçiriləcək

Fevral ayında AvroNest PA-nın komitələrinin iclasları keçiriləcək.

Bu barədə Trend-ə AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov məlumat verib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, AvroNest PA Enerji Təhlükəsizliyi komitəsinin iclası 11-13 fevralda Bakıda (Azərbaycan), Siyasi Məsələlər Komitənin iclası 12-13 fevralda Tbilisidə (Gürcüstan), İqtisadi İnteqrasiya Komitəsinin iclası isə 14-15 fevralda Kişinyovda (Moldova) keçiriləcək.

Elxan Süleymanov komitələrin iclaslarının gündəliyinə diqqət çəkərək vurğulayıb ki, bu ilin may ayında Brüsseldə AvroNest PA-nın 3-cü növbəti plenar sessiyası keçiriləcək. Komitə iclaslarında 3-cü plenar sessiya zamanı müzakirəyə çıxarılacaq məruzə layihələrinin ilkin təqdimatı keçiriləcək.

(more…)