Avronest PA-nın iclasında Ermənistanın Metsamor AES-nin region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb

 

3 Aprel 2012-ci il

Avronest PA-nın Bakıda keçirilən plenar iclasında Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün törətdiyi təhlükə məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fərəc Quliyev bildirib ki, Ermənistanda fəaliyyət göstərən Metsamor AES region üçün təhlükəlidir.

“Biz Avronest çərçivəsində ekologiyadan danışırıq. Amma Ermənistanda fəaliyyət göstərən Metsamor AES region üçün təhlükə mənbəyidir”, – o deyib.

Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ohanesyan buna cavab olaraq bildirib ki, Metsamor AES-in iş prinsipinin dəyişdirilməsi variantları üzərində müzakirələr aparılır.

“Biz çalışırıq ki, bu stansiya ekoloji təhlükəsiz rejimdə işləsin”, – o deyib.

Erməni deputat eyni zamanda qeyd edib ki, blokada şəraitində yaşayan ölkəni bu məsələdə günahlandırmaq düzgün deyil./Trend

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları