Avronest PA-nın həmsədrləri Bakıda Prezident İlham Əliyev ilə görüşəcəklər

31 mart 2012

Aprelin 2-dən 4-dək Bakıda, Milli Məclisin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, sessiyada iştirak etmək üçün Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri aprelin 1-də Bakıya gələcəklər.

Aprelin 2-də Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə Büro üzvləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəklər.

Sessiya çərçivəsində Avronest PA-nın iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq, siyasi məsələlər, insan hüquqları və demokratiya, enerji təhlükəsizliyi, sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitələrinin iclasları keçiriləcək. İclaslarda avropalı qonaqlarla yanaşı Azərbaycanın İqtisadi İnkişaf, Təhsil, Xarici İşlər, Sənaye və Energetika nazirliklərinin rəhbərləri çıxış edəcəklər.

Xatırladaq ki, Avronest PA-nın birinci sessiyası bu qurumun təsis olunduğu Belçikada keçirilib. Bu, ikinci sessiyadır və tədbirin Bakıda keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları