AVRONEST PA-nın Bakı sessiyasını necə qiymətləndirirsiniz? (sorğu)

6 aprel 2012-c il il

Bu ilin aprelin 2-dən 4-ə qədər Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası keçrildi. Ölkəmiz üçün əhəmiyyətli olan bu tədbirdə xeyli məsələlər müzakirə olunub.

Tədbiri canlı olaraq izləyən parlament jurnalistləri bu beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirlər?

Beynəlxalq təşkilatların tədbirlər, konfrans və beynəlxalq yarışlara ev sahibliyi etmək üçün ölkələr arasında daimi mübarizə getdiyini deyən“Mediaforum” saytının parlament müxbiri  İmdad Əlizadənin sözlərinə görə belə tədbirlər ölkənin beynəlxalq nüfuzunun artırılması, tanıdılması baxımından geniş imkanlar verir. O qeyd edib ki, yeni yaradılmış təşkilatın ikinci sessiyasının Azərbaycanda keçirilməsi yaxşı haldır: “Avropalılar gəlib Azərbaycanı gördülər, nəyin necə olduğunun şahidi oldular və onların problemləri yerindəcə öyrənmək imkanları oldu. Ona görə də Avronest PA-nın sessiyasının burada keçirilməsi müsbət haldır. Amma bu təşkliat bir qəddər fəaliyyət göstərsin görək bunun əhəmiyyəti, çəkisi nədir”.

6 aprel 2012-c il il

Bu ilin aprelin 2-dən 4-ə qədər Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası keçrildi. Ölkəmiz üçün əhəmiyyətli olan bu tədbirdə xeyli məsələlər müzakirə olunub.

Tədbiri canlı olaraq izləyən parlament jurnalistləri bu beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirlər?

Beynəlxalq təşkilatların tədbirlər, konfrans və beynəlxalq yarışlara ev sahibliyi etmək üçün ölkələr arasında daimi mübarizə getdiyini deyən “Mediaforum” saytının parlament müxbiri  İmdad Əlizadənin sözlərinə görə belə tədbirlər ölkənin beynəlxalq nüfuzunun artırılması, tanıdılması baxımından geniş imkanlar verir. O qeyd edib ki, yeni yaradılmış təşkilatın ikinci sessiyasının Azərbaycanda keçirilməsi yaxşı haldır: “Avropalılar gəlib Azərbaycanı gördülər, nəyin necə olduğunun şahidi oldular və onların problemləri yerindəcə öyrənmək imkanları oldu. Ona görə də Avronest PA-nın sessiyasının burada keçirilməsi müsbət haldır. Amma bu təşkliat bir qəddər fəaliyyət göstərsin görək bunun əhəmiyyəti, çəkisi nədir”.

Avronest-in Dağlıq Qarabağ münaqişəsindən uzaq dayanması isə İmdad Əlizadəni qane etməyib.

“Düzdür, AŞ PA, Avropa Parlamenti bu münaqişə ilə məşğul olub və heç bir nəticə əldə edə bilməyiblər. AŞ PA-nın qətnamələri kağız üzərində qalıb.

Əslində parlamentlər Dağlıq Qarabağ münaqişənin həllində heç bir rol oynaya bilməzlər. Ancaq ölkəmizin ərazi bütövlüyü barədə qəbul olunan qətnamələr ən azı Azərbaycan üçün psixoloji üstünlükdür” deyən həmkarımız hesab edir ki, Avronest-də belə edə bilərdi.

Lakin o qeyd edib ki, bu təşkilat Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının parlament qolu olduğundan proqram daha çox demokratiya, insan hüquqları, söz azadlığı sahəsində problemlərin həllinə yönəlib.

“Əgər normal təşkilat olsa, yaxşı fəliyyət göstərsə, Azərbaycan gələcəkdə də onun sessiyalarına ev sahibliyi etməyə çalışmalıdır”.

“Kaspi” qəzetinin parlement müxbiri İlham Quliyev Avronest PA-nın sessiyasının Bakıda keçirilməsini müsbət qiymətləndirir. O, Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramı ölkəmiz üçün əhəmiyyətli platforma hesab edir.

“Bu proqrama qoşulan ölkələrin Avropaya inteqrasiyasına yardımın göstərilməsini nəzərdə tutur. İndiki halda Azərbaycanın buna çox böyük ehtiyacı var. Ölkədə qanunun aliliyinin təmin olunması, vətəndaşların hüquqlarının daha mükəmməl qorunması baxımından avroplalılardan öyrənəcəyimiz çox şeylər var”.

Avronest-in də qanunverici orqanların əməkdaşlığını nəzərdə tutduğunu deyən İ.Quliyev bildirib ki, bu baxımdan belə bir qurumun toplantısının Azərbaycanda keçrilməsi çox mühümdür.

“Sirr deyil kui, Rusiyanın şərq tərəfdaşlığı proqramına münasibəti, yumşaq desək, yaxşı deyil. Buna baxmayaraq Azərbaycanın Avronest PA-nın sessiyasına ev sahibliyi etməsi ölkəmizin həqiqətən də müstəqil qərarlar qəbul etmək iqtidarında olduğunu göstərir. Sessiyanın Bakıda keçrilməsi həm də ölkəmizin tandılması baxımından da önəmlidir”.

 “Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlının fikrincə bu həm ölkəmiz üçün, həm də Avropa üçün bir önəmli tədbir oldu.

“Elə avropalıların özləri də etiraf etdilər ki, həqiqətən Avronest PA-nın Bakı sessiyası çox yüksək səviyyədə təşkil olunub. Onlar hətta bunu gözləmədiklərini də etiraf etdilər. Həm tədbiri yüksək səviyyədə qiymətləndirdilər, həm də Bakı ilə tanış olandan sonra çox xoş sözlər dedilər”. E.Muradlı qeyd edib ki, Avropanın 20-dən çox ölkəsini təmsil edən deputatlardan bu cür fikirlər eşitmək bir jurnalist, Azərbaycan vətəndaşı kimi ona xoş təsir bağışlayıb.

O, həmçinin bildirib ki, bu tədbirin Azərbaycanda keçrilməsinin siyasi cəhətdən də üstünlükləri var.

“Azərbaycan tolerant bir ölkədir. Bütün tərəflərə ən yüksək səviyyədə şərait yaratmağı bacarır. O cümlədən Ermənistan nümayəndə heyətinə də bu şərait yaradıldı, yəni heç bir narazılıq olmadı. Düzdür, sessiyalarda, toplantılarda müəyən dərəcədə Azərbaycan və Ermənistan nümayəndə heyəti arasında söz savaşı olsa da, amma ümumlikdə sessiya çox yüksək səviyyədə keçdi.

Hər halda biz bunun nəticələrini növbəti sessiyada görəcəyik. Avronest-in həmsədrləri bəyan etdilər ki, növbəti sessiyada Bakı sessiyasına qiymət veriləcək”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli qeyd edib ki, istənilən beynəlxalq təşkilatın Azərbaycanda keçirilən tədbiri ölkəmizin dünya birliyinə addım atmasına xidmət edir: “O cümlədən Avronest Parlamernt Assambleyasının da Azərbaycanda keçrilən tədbiri bu tədbirlər sırasındadır. Bunun nəticəsində Azərbaycanın dünya ölkələrinin parlamentləri ilə əlaqələri genişlənəcək, qanunvericilik orqanıın təkmilləşdirilməsi, əlaqələrin genişləndirilməsi istiqamətində nüfuzu artacaq, Avropa dövlətləri ilə əməkdaşlıq sahəsində yeni səhifə açılmış olacaq”.

“Şərq” qəzetinin parlament müxbiri  Firdovsi Fərzəliyev də Avronest Parlament Assambleyasının ikinci sessiyasının Azərbaycanda keçrilməsinin beynəlxalq əhəmiyyəti böyük olduğunu deyir. Bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyini deyən jurnalist bildirib ki, Azərbaycanın erməni parlamentarilərinə olan münasibəti, əsil beynəlxalq hüququnun normalarına əməl edərək tolerantlıq göstəricisini ortaya qoymağı böyük addım olub.

“Məlum olduğun kimi bizim deputatlar Ermənistana gedəndə bir çox beyəlxalq hüququn normaları, protokol qaydaları pozuldu. Bundan fərqli olaraq isə  Azərbaycan tərəfi bu mənada addımlara özünəməxsus şəkildə, beynəlxalq hüququn qaydalarının tələb etdiyi formada riayət edərək cavab verdi.

Eyni zamanda orada kifayət qədər sosial, təhsil, elm və s. ilə bağlı məsələlər səsləndirildi, vətəndaş cəmiyyətinin özünün də iştirakı ilə tədbirlərin iclasların keçrilməsi də  kifayət qədər əhəmiyyətə malik olan məsələlərdir”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun sözlərinə görə, istənilən beynəlxalq təşkilatların, o cümlədən dünyada nüfuzlu təşkilat olan Avropa İttifaqının təsisçiliyi ilə yaradılmış bir qurumun Azərbaycanda əhəmiyyətli tədbirin keçrilməsi ölkənin dünyada və beynəlxalq aləmdə nüfuzunun artmasına kömək göstərir.

“Həmin tədbirlərin iştirakçısı kimi deyə bilərəm  ki, Azərbaycan tərəfindən tədbir çox yüksək səviyyədə keçrildi, yəni tədbirə hazırlıq işləri, eyni zamanda tədbirin gedişi çox yüksək səviyyədə baş tutdu. Bu baxımdan bu cür tədbirlərin, o cümlədən Avronest kimi yeni  yaranmış, amma perspektivi olan bir təşkilatın Azərbaycanda öz tədbirini keçrirməsi ölkənin maraqlarına, mənafelərinə cavab verir”.

“APA”-nın əməkdaşı Rəşad Süleymanov də bu tip tədbirlərin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, hansı qurum, istər parlament, istər nazirlik tərəfindən həyata keçrilməsindən asılı olmayaraq ölkədə keçrilən hər bir tədbir böyük əhəmiyyətə malikdir.

“O baxımdan həm ölkənin tanıtdırılması, həm də ölkənin nüfuzunun qəbul etdirilməsi baxımından bu tədbiri çox yüksək qiymətləndirirəm.

Bundan əlavə, burada ermənilər də iştirak etdi və bura gələrək Azərbaycanın hansı inkişaf yolu keçdiyini öz gözləri ilə görmüş oldular. Onlar eyni zamanda ölkəmizin qonaqpərvərliyini də gördülər. Bura gələn qonaqlar, Avropadan və ya Ermənistandan gəlməsindən asılı olmayaraq bütün nümayəndə heyətləri yüksək səviyyədə qarşılandılar, mühafizə edildilər”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy digər həmkarları kimi bildirib ki, Azərbaycanın bu kimi tədbirlərə ev sahibliyi etməsi ölkənin nüfuzunu artıran amillərdəndir. “Xüsusilə də Avropadan gələn parlamentarilər tərəfindən tədbirlər, komitə və plenar iclaslar boyu bir neçə dəfə Azərbaycanın ev sahibliyindən razılıq ifadə etmələri, hətta bir sıra məsələlərdə “cığallıq” nümayiş etdirmələri xoşlayan bir ölkənin təmsilçilərinin belə bu həqiqəti dilə gətirməsi xoş bir hal idi”.

O qeyd edib ki, xüsusilə yeni yaradılan bir qurumun ikinci sessiyasının Brüsseldən sonra Azərbaycanda belə uğurla keçməsi, üstəlik həmsdərlərin də etiraf etdiyi kimi ilk sessiyadan fərqli olaraq ikinci sessiyada bir qətnamə, dörd qərarın qəbul olunması ilə faydalı şəkildə öz işini yekunlaşdırması təqdir olunan bir haldır.

“Amma təəssüfləndirici hal ondan ibarətdir ki, iclaslar boyu bir sıra hallarda Azərbaycanda mövcud olan problemlər dilə gətirildi.

İstənilən halda Azərbaycan vətəndaşı olaraq qürurverici haldır ki, nümunə kimi göstərilən bir tədbirə ölkəmiz ev sahibliyi etdi. Eyni zamanda həmsədrlər də bildirdilər ki, Avropa ölkələri bu məsələdə Azərbaycandan nümunə götürə bilərlər”.

Avronest üzvləri ilə əvvəlcədən tədbir planlaşdırdıqlarını deyən Modern.az saytının əməkdaşı Elşad Eyvazlı bildirib ki, sonradan bu məsələ təxirə salınıb. O, hesab edir ki, bu tədbirin Azərbaycanda keçirilməsi çox böyük əhəmiyyətə malikdir.

“Bunu bilirik. Tədbir  Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu qaldırdı. Müsbət tərəfləri çoxdur. Amma məni başqa məsələ düşündürür, ələ düşən fürsətdən tam istifadə edə bildikmi? Hər halda özümüzü daha artıq dərəcədə təbliğ edə bilərdik. Hətta biz jurnalistlər bunun üçün xüsusi məsələlər düşünmüşdük. Bilirsiniz, Azərbaycanın tarixi çox qədimdir. Ona görə də bura gələn qonaqlar da qədim tarixi olan bir ölkəyə gəldiklərini hiss etməliydilər”.

E.Eyvazlı Avronest üzvlərinin Bakıdan yaxşı təəssüratla ayrıldıqlarını deyib: “Bunu sonuncu gün Sanqaçal terminalında keçirilən görüşdə özləri dedilər. Təbii ki, belə də deməli idilər. Amma bir daha qeyd edim ki, daha çox iş görə bilərdik”.

Jurnalist sessiyada ermənilərin səsləndirdikləri fikirlərə rəğmən deyib ki, onlar həyaslızdırlar, uydurmaçıdırlar, bunu bilirik: “Biz də buna hər an hazır olmalıyıq. Ümumilikdə, ölkəmiz üçün səmərəli bir tədbir oldu”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov istənilən halda yeni yaranan beynəlxalq bir qurumun ikinci böyük tədbirinin Bakıda keçirilməsini uğurlu hal hesab edir. O, “nəzərə alsaq ki, Avronest Avropanın Şərq Tərəfdaşlığı ölkələri arasında beynəlxalq bir missyanı əhatə edir, o zaman onun ilkin böyük tədbirlərindən birinin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda strateji mövqeyindən xəbər verir. Hansı ki, tədbirin sonunda da həmsədrlər Avronest-in ilk tədbirinin o qədər də uğurlu olmamasını, lakin Bakıda keçirilən ikinci sessiyanın kifayət qədər uğurlu nəticələnməsini elan etdilər.

Bu baxımdan da həm Avronset tarixində, həm də Avropa ölkələrinin nəzərində Bakı daim diqqətdə qalacaq”.

Onun sözlərinə görə, bundan başqa ermənilərin bu tədbirdə iştirak etməsi də sessiyanı daha çox diqqət mərkəzində saxladı.

“Düşmən ölkədən olan deputatlar sessiyanın gedişində provakasiyaya əl atmaq istəsələr də onların bu əməllərinin qarşısı həm yerli deputatlar, həm də jurnalistlərin konkret sualları ilə alındı. Bunun özü də beynəlxalq ekspertlərə sübut etmiş olur ki, ermənilər onlara göstərilən qonaqpərvərliyi də lazımı səviyyədə qarşılaya bilmirliər. Təbii ki əgər obyektiv yanaşma olarsa”.

“Trend” informasiya agentliyinin əməkdaşı Murad Əliyev: “Avronest PA-nın plenar sessiyasının Bakıda keçirilməsini uğur saymaq olar. Ən azından onu demək kifayət edir ki, bu qurumun Brüssel və Strasburqdan kənarda keçirilmiş ilk iclası olub. Digər tərəfdən, Azərbaycanın günü-gündən enerji mərkəzinə çevrildiyini nəzərə alsaq, bu, elə də təəcüblü deyil. Çünki görünən budur ki, Avronest özü-özlüyündə daha çox enerji məsələlərini həll etmək üçün yaradılıb. Sevindirici haldır ki, qurumda Azərbaycan kifayət qədər aktiv təmsil olunur, deputatlarımız komitələrin həmsədrləridir. İndi qalır gözləmək ki, nə vaxt Avronest-in siyasi yükü daha da artacaq, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sual ünvanlananda “səlahiyyətsizik” kimi cavablar eşitməyəcik”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xəqani Səfəroğlunun fikrincə Avronest PA-nın Bakı sessiyası xüsusən demokratik proseslərə dəstək və insan huquları ilə bağlı ölkəmizin üzərinə götürdüyü öhdəliklərin bir daha xatırlanması maraqlı nüans idi.

“Digər tərəfdən burada erməni nümayəndə heyətinin sessiyanı öz məqsədələri üçün istifadə etmək cəhdinini iflasınınn şahidi olduq. Avronest-in sessiyasını bu baxımdan yadda qalan saymaq olar”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı Avronest Parlament Assambleyasının Bakı iclasında baş verənləri elə bu sualın bariz cavabı ola bildiyini deyir. O hesab edir ki, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ümummilli məsələlərin bir daha beynəlxalq arenada səslənməsi baxımından çox mühüm oldu.

“Səhv etmirəmsə, ilk dəfə idi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər Ermənistanın rəsmi şəxslərinin, deputatlarının birbaşa üzünə Bakıda səsləndi. Həm də ən yüksək səviyyədə. Prezidentin bəyanatından sonra erməni deputatların o cür reaksiya verməsi anlaşılandır”.

F.Sabirqızı qeyd edib ki, Avronest PA sessiyası həm də Azərbaycandakı durumu avropalı diplomatlara bir daha nümayiş etdirmək imkanı idi. “Axı deputatlar yalnız sessiyada iştirak etmədilər, həm də müxtəlif qurumlar, siyasətçilərlə görüşüb tam fərqli sahələr – media, insan hüquqları və digər məsələlərlə bağlı rəyləri eşitdilər”.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli bildirib ki, Avronest PA-nın Bakıda keçirilən iclası Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında daha bir neçə öhdəliklərə imza atması baxmından cəmiyyət üçün əhəmiyyətli oldu.

“Həmçinin bu sessiyada Azərbaycanda demokratik institutların inkişafı, vətəndaş cəmiyyəti quruculuğuna dəstək, ifadə azadlıgının təmin olunması, vətəndaşların sərbəst toplaşmaq azadlığı hüququnun bərpa edilməsi və sair məsələrlə bağlı sənədlər qəbul edilib. Azərbaycan da “Şərq tərəfdaşlıgı” ölkəsi olaraq, həmin sənədlərdə əks olunan məsələri həll etməlidir. Avronest PA-nın rəhbəri Kristian Viginin bəyan etdi ki, sənədlərdə nəzərdə tutulan məsələrə əməl edilməsininin monitorinqi aparılacaq…

Cəmiyyət gözləyir ki, Azərbaycan hökuməti imza atdıgı öhdəliklərə sadiq qalacaq” deyə mühsahibimiz əlavə edib.

AzərTAc-ın əməkdaşı Xətai Əzizov: “Ümumiyyətlə, Azərbaycanın hər hansı bir tədbirə ev sahibliyi etməsi məncə hamılıqla müsbət qarşılanmalıdır. O tədbirlərdən konkret və qısa bir zamanda Azərbaycanın xeyrinə nəsə gözləmək sadəlövlükdür. Çünki istənilən bir tədbirdə, istənilən qəbul edilən qərar, müzakirə olunmuş məsələ istənilən vaxtı öz müsbət nəticəsini vermir. Mən hesab edirəm ki, belə tədbirlər daha çox keçirilməlidir. Burada bilirəm ki, əsas fikir həmin təşkilat və qurumların Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə yönəldilir. Burada Azərbaycan öz işini görür və öz siyasətini yeridir. Bu tədbirdə də müəyən cəhdlər oldu, müəyyən fikirlər səslənildi, müəyyən irəliləyişlər oldu, baxmayaraq ki, bəzi siyasi dairələr, bəzi şəxslər buna istənilən qədər qiyməti vermədi”.

X.Əzizov hesab edir ki, hər halda Dağlıq Qarabağla bağlı hər hansı fikirlərin səslənməsi, Avropa deputatlara Azərbaycanın bugünki inkişafını göstərilməsi-Azərbaycanın 20% torpağının işğal olunduğu bir vaxtda belə bir inkişafı görməsi mənə elə gəlir ki, həm münaqişənin həllində, həm Azərbaycanın beynəlxalq hüquqda, beynəlxalq müstəvidə  nüfuzunun artması baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də müsbət qiymətləndirirəm”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlının sözlərinə görə, Avronest Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsinin çox böyük siyasi rolu var.

“Həmin təşkilatın həmsədrlərinin vurğuladığı kimi bu Avropa İttifaqının kənar keçirdiyi ikinci tədbirdir. Bu, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini, öz sözünü deməsidir. Gələcəkdə daha böyük beynəlxalq tədbirlərin Bakıda keçirilməsinin şahidi ola biləcəyik”.

Aytən ƏLİYEVA

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları