AvroNest PA komitələrinin iclasları keçiriləcək
Bu barədə AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, AvroNest PA Enerji Təhlükəsizliyi komitəsinin iclası 11-13 fevralda Bakıda (Azərbaycan), Siyasi Məsələlər Komitənin iclası 12-13 fevralda Tbilisidə (Gürcüstan), İqtisadi İnteqrasiya Komitəsinin iclası isə 14-15 fevralda Kişinyovda (Moldova) keçiriləcək. O, qeyd etdi ki, ölkəmizi Siyasi Məsələlər Komitəsinin iclasında Millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı, İqtisadi İnteqrasiya Komitəsinin iclasında Millət vəkillləri Əli Hüseynli, Azər Kərimli və Hacı Salayev, Enerji Təhlükəsizliyi Komitəsinin iclasında isə Gülçöhrə Məmmədova, adı çəkilən komitənin həmsədri Fuad Muradov və Rasim Musabəyov təmsil edəcəklər.

Elxan Süleymanov komitələrin iclaslarının gündəliyinə diqqət çəkərək vurğuladı ki, bu ilin may ayında Brüsseldə AvroNest PA-nın 3-cü növbəti plenar sessiyası keçiriləcək. Komitə iclaslarında 3-cü plenar sessiya zamanı müzakirəyə çıxarılacaq məruzə layihələrinin ilkin təqdimatı keçiriləcək. Millət vəkili əlavə etdi ki, Siyasi Məsələlər Komitəsinin iclasında Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü Riszard Çarneki və Ukrayna Parlamentinin üzvü Boris Tarasyuk tərəfindən hazırlanmış “Şərqi Avropa Tərəfdaş ölkələrində regional təhlükəsizlik çağırışları” məruzəsi müzakirəyə çıxarılacaq. İqtisadi İnteqrasiya Komitəsinin iclasında isə həmməruzəçilər – Avropa Parlamentinin deputatı, Sosialistlərin və Demokratların Mütərəqqi Birliyinin üzvü Yevgeni Kirilov və Moldova Parlamentinin üzvü Veaçeslav Yonita – “Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa İttifaqının iqtisadi sahədə olan qanunvericilik ilə uzlaşdırılması” mövzusunda məruzəni təqdim edəcəklər.
Elxan Süleymanov Enerji Təhlükəsizliyi Komitəsinin iclasının Bakıda keçiriləcəyini bir daha vurğuladı və iclasda “Enerji bazarı ilə bağlı enerji təhlükəsizliyi və Şərqi Avropa Tərəfdaşı dövlətləri ilə Avropa İttifaqı dövlətləri arasında uyğunlaşdırma” məruzəsi müzakirəyə çıxarılacağını bildirdi. O, məruzənin Avropa Parlamentinin Nederlanddan olan deputatı, Avropa Vahid Sosialistlər qrupunun üzvü cənab Gerben-Jan Gerbrandi və Gürcüstan Parlamentinin üzvü cənab David Onoprişvili tərəfindən hazırlandığını diqqətə çatdırdı. Millət vəkili Enerji Təhlükəsizliyi Komitəsinin iclasında Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyevin, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun və Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun çıxışlarının nəzərdə tutulduğunu bildirdi.
Millət vəkili həm də qeyd etdi ki, Enerji Təhlükəsizliyi Komitəsinin iclasına qatılacaq deputatların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul ediləcəyi gözlənilir.
Sonda Azərbaycan nümayəndə heyətinin rəhbəri Prosedur qaydalarına toxunaraq, komitə iclaslarında həmməruzəçilər Komitə üzvlərinə məruzə layihələrinə əlavə və düzəlişlərlə bağlı təklifləri üçün son tarix təklif edəcəklər. Millət vəkili eyni zamanda AvroNest PA-nın Avropa Parlamenti komponenti tərəfindən əlavə və düzəlişlər üçün son tarix kimi 20 mart 2013-cü il təklif edildiyini diqqətə çatdırdı. O, Komitə iclaslarında müəyyən edilmiş tarixə qədər təklif edilən əlavə və düzəlişlər də nəzərə alınmaqla məruzə layihələrinin son variantının hazırlanacağını vurğuladı. Elxan Süleymanov bildirdi ki, prosedur qaydalarına görə, məruzə layihələrinin son variantı komitələrin AvroNest PA-nın plenar sessiyası çərçivəsində Brüsseldə keçiriləcək iclaslarında müzakirə yenidən edilərək, təsdiqlənmək üçün səsverməyə çıxarılacaq və bundan sonra 28-29 may 2013-cü il tarixdə AvroNest PA-nın plenar iclasında Komitə tərəfindən təklif olunan yekun məruzə qəbul olunacaqdır.