Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə, Avronest PA Büro üzvlərinə məktub göndərib

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə, Avronest PA Büro üzvlərinə məktub göndəribAvronest
PA həmsədrlərinə,
Avronest PA Büro üzvlərinə

Hörmətli həmkarlar,
Katibliyin bu günlərdə göndərdiyi məktubda iki Komitə üzrə məruzənin AP
komponenti katibliyi, digər iki Komitə üzrə isə ŞT komponentinin katıbliyi tərəfindən
hazırlanması təklif edilir.

Katibliyin məktubunda “ədalətli”
bölüşdürülmə təklif edilsə də, AP komponenti katibliyinin Siyasi Komitə üzrə məruzəni
götürdüyü bildirilir. Bununla bağlı bildirmək istərdik ki, Avronest PA-da hər
iki komponent bərabər hüquqlara malikdirlər, AP ilə ŞT ölkələri bərabər hüquqlu
tərəflərdirlər.
Hesab edirik ki, AP katibliyinin Siyasi Komitə üzrə məruzə layihəsinin hazırlanmasını
öz üzərinə götürməsi AP-nin ŞT ölkələrinə təsir vasitəsini saxlamaq cəhdi kimi
qiymətləndirilməlidir. Biz dəfələrlə belə təzyiqlərin və ayrıseçkiliyin şahidi
olmuşuq. Misal üçün, AP-nin seçkiləri müşahidə missiyasının 2013-cü ildə Azərbaycanda
prezident seçkilərini ədalətli və şəffaf seçkilər kimi qiymətləndirməsinə
baxmayaraq, bu qurum müxtəlif qeyri-obyektiv və qərəzli bəhanələrlə 2015-ci ildə
seçkilərə müşahidə missiyası göndərməməyi qərara alıb. Bununla yanaşı, AP
deputatlarına da müstəqil şəkildə Azərbaycanda seçkiləri müşahidə etməyə qadağa
qoyulub.
Azərbaycan nümayəndə heyəti qeyd edilənlər kontekstində Siyasi Komitənin məruzəsinin
ilkin variantının AP komponenti katibliyinin hazırlamasına qəti etiraz edir və
bu etiraz nəzərə alınmayacağı təqdirdə Siyasi Komitənin iclaslarına, o cümlədən
Assambleyada həmin məruzənin müzakirələrinə qatılmayacağını bildirir.
Hörmətlə,
Elxan Süleymanov,
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları