AVRONEST-in prezidenti: “Bu dəfə Bakıda kompromis mühiti yarda bildik” – MÜSAHİBƏ

 

20 aprel 2012-ci il

Kristian Vigenin: “Ümid edirəm ki, bizim qəbul etdiyimiz məruzə demokratiyanı, insan haqlarını, media azadlığını yalnız Azərbaycanda deyil, bütün tərəfdaş ölkələrdə və Avropa Birliyində inkişaf etdirəcək”

Aprelin 2-4-də Bakıda keçirilən AVRONEST Parlament Assambleyasının ikinci sessiyası ölkə həyatında ciddi rezonans doğurdu. İlk dəfə olaraq AVRONEST –in Bakı sessiyasında kompromis əaslarda qərarlar qəbul oluna bildi. Modern.azAVRONEST-in prezidenti Kristian Vigeninin Bakı sessiyasının nəticələri  ilə bağlı verdiyi müsahibəni təqdim edir.  Onun sözlərinə görə, Avronestin ikinci ümumi plenar sessiyası, Avropa İttifaqı ilə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında siyasi, iqtisadi inteqrasiyanı gücləndirmək üçün bir forum olub.

– AVRONEST-in Bakı sessiyasının nəticələrini qanedici saymaq olarmı?

 

– Bizim çox uğurlu görüşləmiz oldu. Bu sessiyada biz insan haqları, enerji, ticarət və sosial sahələrlə bağlı 4 qətnamə qəbul etdik. Halbuki, bizim ötən il ilk plenar assambleyanın sessiyasında heç bir razılıq əldə edilməmişdi. Biz ötən sessiyadan xeyli dərs aldıq. Bu dəfə biz qərarlar və kompromislər əldə edilə biləcək mühit yarada bildik. Biz həmçinin işimizi təkmilləşdirmək üçün qaydalarımıza edilən dəyişiklikləri bəyəndik. Ukrayna hökumətinə müraciət qəbul etdik ki, sabiq baş nazir Yuliya Timoşenko lazımi tibbi müalicə ilə təmin olunsun.

– Azərbaycan bu il « Avroviziya » mahnı yarışmasına ev sahibliyi edir, amma eyni zamanda insan haqlarının zəif qorunmasına görə tənqid edilir.

– İnsan haqlarının vəziyyəti bu ölkədə mükəmməl deyil. Bu inkişaf etdirilməlidir. Hökumət bunu başa düşür və üzərində işləyir, ancaq mən daha çox öhdəlik görmək istərdim. Ümid edirəm ki, bizim qəbul etdiyimiz məruzə demokratiyanı, insan haqlarını, media azadlığını yalnız Azərbaycanda deyil, bütün tərəfdaş ölkələrdə və Avropa Birliyində  inkişaf etdirəcək, irəli doğru addım olacaq.

– Erməni etnik separatçıları 1988-ci ildə başlayan 6 illik müharibədən sonra Azərbycanın tariixi torpaqlarında müstəqilliklərini elan ediblər. Nəticədə ölkəmizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. AVRONEST bu məsələni həll etməyə kömək edə bilər?

– AVRONEST bu münaqişəni həll etmək üçün orqan deyil. Bunun üçün  beynəlxalq səviyyədə tanınan format var – Minsk qrupu. Ancaq AVRONEST Ermənistan və Azərbaycan arasında dialoq üçün daha çox inam və imkanlar mühiti yaradır. Azərbaycanlılar və ermənilər də daxil olmaqla bizim Şərq partnyorlarımızın assambleyasında birgə məlumatlanmaq və işləməyə ehtiyac var.  Assambleyanın 2013-cü ildə Brüsseldə keçiriləcək  növbəti plenar iclasında biz  Şərq tərəfdə təhlükəsizlik məsələləri  və Dağlıq Qarabağ məsələsi üzrə sənəd hazırlayacağıq. Bu münaqişə Cənubi Qafqazda açıq bir yaradır. Həll yolu tapmaq asan məsələ deyil, amma mən bilirəm ki, istək olan yerdə hər şey mümkündür.

– Assambleya ölkənin demokratikləşməsi üçün Belarus işçi qrupunun mandatını genişləndirmək istəyir. Siz tezliklə inkişaf gözləyirsiniz?

– İşçi qrup öz işini davam etdirməlidir. Ümid edirəm ki, yaxınlaşan seçkilərdən sonra Belorusdan assambleyamıza parlamentarilər dəvət edəcəyik. AVRONEST Belarussuz tamamlanmır, amma onlar o zaman bizə qoşula bilərlər ki, azad və ədalətli seçkilər keçirsinlər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları