AVRONEST-in həmprezidentləri Azərbaycana minnətdarlıq məktubu göndərib

30 aprel 2012-ci il

AVRONEST Parlament Assambleyasının həmprezidentləri Kristian Vigenin və Boris Tarasyuk Avronest PA-nın vitse-prezidenti, qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Elxan Süleymanova minnətdarlıq məktubu göndərib.Modern.az həmin məktubun mətnini təqdim edir:

– Azərbaycandan qayıtdıqdan sonra biz Bakıda 2-4 aprel 2012-ci ildə Milli Məclis binasında Avronest PA-nın ikinci plenar sessiyasının təşkilinə dəyərli dəstəyiniz və töhfənizə görə səmimi minnətdarlığımızı bildirmək istərdik.

AP-nin fəaliyyət məkanlarından kənarda keçirilən ilk sessiya olduğunu nəzərə alsaq, sessiyanın çox uğurlu və səmərəli olması fikrini sizinlə bölüşmək istərdik. Bir neçə üzv və iştirakçı institutlar Parlamentinizin səmərəli təşkilatçılığı və iştirakçılara təklif edilmiş mükəmməl iş şəraitinə görə bizi təbrik etdilər və biz indi bu ismarışları sizə çatdırmağa şadıq.

Siz yalnız sessiyamızın keçirilməsi üçün məkan seçiminə qərarı asanlaşdırmadınız, həm də hər iştirakçıların özünü rahat hiss etməsi üçün həmin tədbirlə əlaqədar bütün təfərrüatlarla şəxsən məşğul oldunuz. Milli Məclisin xidmətləri vasitəsilə bütün iştirakçıların burada olduqları müddətdə nəqliyyatdan təhlükəsizliyə kimi ən yaxşı və təhlükəsiz logistika şərtlərini təmin etdiyinizə görə təşəkkür edirik.

Eyni zamanda, rəsmi naharlarda, mədəni tədbir və proqramlarda iştirak imkanını yüksək qiymətləndirdik, belə ki, onlar həm bizə ölkənizin ənənələrinin zənginliyini daha yaxşı anlamağa imkan verdi, həm də müxtəlif nümayəndə heyətlərinin üzvləri arasında Avronest-in gələcək iş mühitinə faydalı olan qarşılıqlı anlaşma və etibarın artmasına kömək etdi.

İşimizin nəticəsi kimi, 3 aprel 2012-ci ildə Avronest PA-nın artıq haqqında məlumatınızın olduğu və məktuba əlavə etdiyimiz beş qətnamə qəbul etməsini xatırlatmaqdan məmnunuq. Əmin olun ki, bu sənədləri mətnləri ilə birgə Avropa Parlamentinin Prezidentinə, Şuraya, Komissiyaya, Komissiyanın Vitse-Prezidentinə/Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Birliyinin Ali Nümayəndəsi, Avropa Xarici Fəaliyyət Xidmətinə, Aİ-na Üzv Dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə və parlamentlərinə ötürəcəyik.

Fürsətdən istifadə edərək, bir daha sizə səmimi təşəkkür edir və gələcəkdə Milli Məclislə çoxtərəfli əməkdaşlığı davam etdirməyi gözləyirik.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları