AVCİYA Seçki Qərargahının rəhbəri Avropa Şurasının müşahidəçiləri ilə görüşdü
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu gün Avropa Şurasının Bakı ofisində Robert Uolterin rəhbərlik etdiyi Avropa Şurasının Prezident seçkilərini müşahidə missiyasının 7 üzvi ilə görüşüb.
M. Zülfüqarlı AVCİYA – nın yarandığı gündən bu günə kim gördüyü işlər, bu il keçiriləcək Prezident seçkiləri ilə bağlı assosiasiyanın fəaliyyəti, assosiasiyanın regional ofislərinin gördüyü işlər, assosiasiyanın apardığı uzünmüddətli müşahidənin nəticələrini əks etdirən aralıq hesabat, seçki ilə əlaqədar KİV – lərin fəaliyyəti ilə əlaqədar aparılan monitorinqin nəticələri, nəşr olunan kitab və bülletenlər, reigonlarda müşahidəçilər üçün keçirilən treninqlər və s. barədə məlumat vermişlər.
Avropa Şurasının müşahidə qrupunun üzvləri Prezident seçkiləri ilə bağlı görəcəyi işlər barədə AVCİYA nümayəndəsini məlumalandırıb. Görüşdə həmçinin seçkiqabağı mühitlə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa namizədlərin imza toplama və qeydiyyatdan keçmə prosesi, təşviqat kampaniyası üçün ayrılmış yerlər, KİV – lərin fəaliyyəti və s. barədə müzakirələr keçirilib. Görüşün sonunda AVCİYA ilə Avropa Şurası müşahidə missiyası arasında tərcübə mübadiləsinin davam etdirilməsiilə bağlı razılıq əldə olunub.