AVCİYA-nın “Sərsəng Harayı” layihəsi çərçivəsində Yevlaxda toplantı keçirildi

AVCİYA-nın “Sərsəng Harayı” layihəsi çərçivəsində Yevlaxda toplantı keçirildiAzərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası “Sərsəng Harayı” layihəsi çərçivəsində Yevlax rayonunda regional toplantı keçirilib

Toplantıda Yevlax rayonu icra hakimiyyətinin nümayəndələri, AVCİYA rəhbəri Elxan Süleymanov və təşkilatın üzvləri, həmçinin Sərsəng su anbarının təhlükə yaratdığı rayonlardan nümayəndələr qatılıb. Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov toplantının əhəmiyyətindən danışıb. Daha sonra Yevlax rayon icra hakimiyyətinin birinci müavini Namiq Süleymanov çıxış edərək Sərsəng su anbarının yarada biləcəyi təhlükə haqda məlumat verib.

AVCİYA prezidenti Elxan Süleymanov Sərsəng su anbarının mövcud təhlükəsi haqda danışıb. O, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən söz açıb: “1905-ci ildən ermənilərin azərbaycanlılara qarşı başlayan soyqırım siyasəti bu günədək davam edir. Sərsəng ətrafı altı rayonu da böyük təhlükə gözləyir”.
AVCİYA-nın təşkilatçılığı ilə baş tutan layihə çərçivəsində “Sərsəng Harayı” rəsm və jurnalistlər arasında yazı müsabiqəsinin qalibləri diplom və sertifikatlarla təltif edilib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları