AVCİYA 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirdi

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 20 Yanvar faciəsi ilə əlaqədar konfrans keçirib. Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse prezidenti, politoloq Vəli Əlibəyov 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

V.Əlibəyov 20 Yanvar faciəsi haqqında məlumat verdi. O dedi ki, həmin günlərdə ölkəmizin müstəqilliyi naminə milliyətindən, dinindən asılı olmayaraq hamı meydanlara toplaşmışdı. Dövlət orqanlarının fəaliyyətsizliyi dövründə xalq öz sözünü dedi və vətəndaş cəmiyyətinin formalaşdığını nümayiş etdirdi. “O gecə xalqımız 132 nəfər şəhid verdi. Vətəndaş cəmiyyətinin simvolik mənada ilk rüşeymlərinin yaranması məhz 20 yanvara  təsadüf edir.” – deyə V.Əlibəyov vurğuladı.

Daha sonra tanınmış jurnalist, Azərbaycan Televiziya və Radiosunun Moskvadakı keçmiş müxbiri  Altay Zahidov o dövrdə Moksvada baş verən hadisələrdən danışdı. O, Ümumilli lider Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək yüzlərlə beynəlxalq jurnalist qarşısında bu hadisəni pisləyən kəskin bəyanatla çıxış etdiyini və rəsmi Moskvadan bunun izahatını tələb etməsi faktını vurğuladı.

Tədbirdə iştirak edən AVCİYA-nın QHT nümayəndələrindən, ziyalılardan, əməkdar jurnalistlərdən ibarət ekspert qrupunun üzvüləri:  “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi sədri, hüquq elmləri doktoru Kamil Vəliyev, Xalq şairi Musa Yaqub, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmış Ənvər Qafarlı, Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov 20 yanvar faciəsində şahidi olduqları hadisələr haqqında danışdılar. Onlar gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında 20 Yanvar şəhidlərinin böyük rolunu konfrans iştirakçılarının diqqətinə çatdırdılar.

Tədbirin sonunda AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov və ekspert qrupunun üzvləri jurnalistlərin suallarını cavablandırdılar.

/AVCİYA/

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları