AVCİYA və SAMF bədii qiraət müsabiqəsi keçirir
Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxıda böyük satirik şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ikinci bədii qiraət müsabiqəsinə start verib.
qhtxeber.az-ın məlumatına görə, iki mərhələdə keçiriləcək müsabiqəyə klassik şairin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq. Müsabiqənin birinci mərhələsi rayonun bütün təhsil müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecində keçiriləcək.
Dünən müsabiqənin təşkilatçıları Şamaxı şəhərində olub, müsabiqənin təhsil və mədəniyyət ocaqlarında birinci mərhələsinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Səadət Veysova, Mədəniyyət və Turizim şöbəsinin müdiri Məleykə Kamilova, Şamaxı Humanitar Kollecinin direktoru Rauf Əliyevlə və digər məsul şəxslərlə görüşərək, müsabiqənin birinci mərhələsinin gedişini müzakirə ediblər. Görüşlərdə 13 mart 2012-ci il tarixində rayonun bütün təhsil ocaqlarında çalışan Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə seminarın keçirilməsi qərara alınıb. Seminar müsabiqədə iştirak edəcək təhsil ocaqlarının müəllimlərinin tədbirə daha da məsuliyyətlə yanaşması məqsədilə keçiriləcək. Sonda müsabiqə ilə bağlı Şamaxıda yerləşən bütün təhsil və mədəniyyət ocaqlarına təşkilatçılar tərəfindən müsabiqə üçün hazırlanmış buklet və plakatlar paylanılıb.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosessində tətbiqinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları ədəbiyyata həvəsləndirməkdir. Yekun mərhələdə qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcək. İkinci dəfə keçirilən müsabiqə qaliblərinə qiymətli hədiyyələr və Fəxri Fərmanlar veriləcəkdir.
Xatırladaq ki, ötən ilki müsabiqənin on qalibi olmuşdu. Onlardan ikisi birinci, üçü ikinci, beşi isə üçüncü yerə layiq görülmüşdü.