AVCİYA-nın təşklatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
27-28 sentyabr tarixlərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə “Körpülərin Salınması” adlı beynəlxalq konfrans keçiriləcək.
AVCİYA-dan qhtxeber.az-a verilən məlumatda bildirilib ki, AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən hazırlanan beynəlxalq konfrans Avropa xalqlarının 40 yaxın yüksək rütbəli nümayəndələrini bir araya gətirməli və siyasət, iqtisadiyyat, idman və elm-təhsil sahələrini əhatə etməklə, adı çəkilən sahələrdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın artmasına, qarşılıqlı anlaşma və etibarın yüksəlməsinə əməli səbəb olmalıdır.
Yerli dövlət və hökumət nümayəndələrinin də qatılacağı tədbirdə, konfrans iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, həm də keçmiş dövlət məmurları, deputatlar, nazirlər və digər hökumət üzvləri, eləcə də Avropa Birliyi strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları da vardır. İqisadiyyat, elm və idman sahələrin də tanınmış xadimlərin konfransın müvafiq bölmələrinin işində təmsil olunacağı gözlənilir.
Tədbirın açılış mərasimi “Jumeirah Bilgeh Beach” otelinin konfrans zalında 27 sentyabrda saat 10: 00-da baş tutacaq.