AVCİYA “Körpülərin Salınması”na hazırlaşır
Bu yaxınlarda Avropa Məsələləri üzrə İnstitutun (İNEA) 2 nümayəndəsi Michel Achenbach və xanım Lieselotte Gramke Azərbaycanda olmuşlar.
Səfərin məqsədi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İNEA-nın təşkilatçılığı ilə 27 – 29 sentyabr 2012-ci il tarixlərdə Qəbələ şəhərində “Körpülərin Salınması” adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin başlanması idi. qhtxeber.az-ın verdiyi məlumata görə, bu səbəbdən də Avropa Məsələləri üzrə İnstitutun (İNEA) nümayəndələri tədbirin hazırlıq mərhələsinin başlanması ilə bağlı Azərbaycana səfər ediblər. Səfər zamanı onlar tədbirin keçiriləcəyi Qəbələdə olaraq konfrans zalı və qonaqların qalacaqları şəraitlə tanış oldular. Bundan savayı, qonaqlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədovla görüşüblər. Sentyabrda keçirilək “Körpülərin Salınması” adlı beynəlxalq konfransda xaricdən 100-dən artıq mötəbər qonaqlar – hazırki və sabiq dövlət və hökumət başçılarının, parlament üzvləri, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edəcəklər. Tədbirdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin, Türkiyənin prezidenti cənab Abdulla Gülün, Gürcüstan prezidenti cənab Mixail Saakaşvilinin, FİFA-nın prezidenti cənab Blatterin və başqa yüksək səviyyəli qonaqların iştirakı gözlənilir.
.