AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Azərbaycana gəlib

AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides və komitənin üzvü xanım Elza Papadimitrio Azərbaycanın EURONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, AŞPA üzvü Elxan Süleymanovun dəvəti ilə Azərbaycana gəliblər. APA-nın məlumatına görə, qonaqlar bu gün istintaq təcridxanası və cəzaçəkmə müəssisələrinə baş çəkəcək, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov və ədliyyə naziri yanında İctimai Komitənin üzvləri ilə görüşəcəklər.

Sentyabrın 2-də Kristos Pirqurides və Elza Papadimitrio Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov tərəfindən qəbul olunacaqlar və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirəcəklər. Görüşlərin sonunda mətbuat nümayəndələri üçün brifinqin keçirilməsi planlaşdırılır. Qonaqların Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbulu da gözlənilir.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları