AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının üzvləri “Təzəpir” məscidində olublar
APA – 21.07.2011
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının prezidenti Lukas Volontenin rəhbərlik etdiyi nümayəndə heyəti “Təzəpir” məscidində olub. APA-nın xəbərinə görə, qonaqlara 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması və burada onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsinin əksini tapması barədə məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri Lukas Volontenin burada nümayiş olunan qədim kitablara baxıb, qonaqlar kitabına ürək sözlərini yazıb.
Görüş kompleksdə QMİ-nin konfrans zalında davam etdirilib.