AŞPA EPP qrupunda Azərbaycanla bağlı müzakirələr aparılmışdır

AŞPA EPP qrupunda Azərbaycanla bağlı müzakirələr aparılmışdırDünən, 22 iyun tarixdə Strasburqda AŞPA Avropa Xalq Partiyası (EPP) qrupunun iclası keçirilmişdir. İclasda Həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzə müzakirə olunmuşdur. Əsas müzakirələr Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ətrafında aparılmışdır.

İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov çıxış etmişdir. Mövzunun aktuallığını nəzərə alaraq, Elxan Süleymanovun çıxışının tam mətnini təqdim edirik.

İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin
üzvü Elxan Süleymanov çıxış etmişdir. Mövzunun aktuallığını nəzərə alaraq,
Elxan Süleymanovun çıxışının tam mətnini təqdim edirik.

AŞPA
Avropa Xalq Partiyası (EPP) qrupunun iclasında çıxış

 

Hörmətli sədr,

Hörmətli həmkarlar,

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göstərdiyiniz
münasibətdən çox məyus oluram.

Siz bu çıxışınızla Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci
il tarixli qərarını inkar edirsiniz. Məhkəmə öz qərarında Ermənistan hökumətinin
Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə faktiki nəzarət etməsi faktını
vurğulayır. Qərarda Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən insan
hüquqları pozuntularına görə beynəlxalq-hüquqi məsuliyyət Ermənistanın üzərinə
düşməsi öz təsdiqini tapıb. Məhkəmə bildirilir ki, “Ermənistan hərbi iştirakı
vasitəsilə və hərbi avadanlıq və təcrübəni təmin etməklə, hələ ilk gündən
Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli dərəcədə rola malik olub. Ermənistanın
hərbi dəstəyi sözügedən ərazilərə nəzarət üçün həlledici olaraq qalıb”.

Siz öz çıxışınızla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa
Parlamentinin 2005, 2010 və 2012-ci illərdə qəbul edilmiş qətnamələrini,
AŞPA-nın 2005-ci il qətnaməsini inkar etmiş olursunuz.

Siz nə qədər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı həqiqətlərinə
göz yumacaqsınız? Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun işğalına necə göz
yummaq olar?

ATƏT-in Minsk Qrupunun bu məsələ ilə məşul olduğunu bildirirsiniz,
onun fəaliyyətsizliyinə istinad edirsiniz.

Lakin Ukraynanın başına gələn bəzilərinin də səbəbkarları olduğu fəlakətlərə
görə Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edirsiniz. Lakin
işğalçı Ermənistanı müdafiə edirsiniz. Azərbaycan xalqı və mən ədalət tələb
edirik.

Mən açıq-aydın bəyan edirəm ki, Azərbaycan xalqı artıq sizin
ikilistandartlı siyasətinizə dözə bilmir. Biz təmsil olunduğumuz beynəlxalq
qurumlarda təmsilçiliyimizi davam etdirməyə icazə vermir.

Sizlərdən bəzilərinin Ermənistanı müdafiə məqsədilə ədaləti və həqiqəti
tələbilə debat qurmağınız və Ermənistanı müdafiə etməyiniz nə dərəcədə ədalətlidir?

Məruzənin 1-ci bəndində
“Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim
olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər
yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi ilə kifayətlənmək gülüncdür. Bu
Azərbaycan xalqına qarşı açıq-aşkar etinasızlıq və təhqirdir.

Mən həmməruzəçilər Pedro Aqramuntdan, Tadeuş İvinskidən tələb edirəm
ki, məruzədə Ukraynaya göstərilən səviyyədə Azərbaycana da dəstək göstərilməsi
tələbi əks etdirilsin.

Bu gün Siz Ermənistan tərəfinin Dağlıq Qarabağı və digər ətraf
rayonları işğal etməsi faktını inkar edirsinizsə, onda mən təklif edirəm ki,
ümumiyyətlə bütün üzv ölkələrin ərazilərindəki işğal faktlarının Assambleyada
bir daha baxılmayacağına dair qərar qəbul edilsin.

Sonda bir daha Sizləri Sizləri Ermənistan tərəfindən torpaqlarımızın
işğalı ilə bağlı Azərbaycan xalqına qarşı
ayrıseçkiliyə, ədalətsizliyə və qərəzliliyə son qoymağa çağırıram.

 

Diqqətinizə görə minnətdaram.

22.06.2015

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları