AŞPA Dağlıq Qarabağ barədə düzgün “tarixi seçim” etməyi sual altına qoydu

Bakı, Azərbaycan, 19 iyun 2014-cü il /PR Newswire/

 

Krımı özünə birləşdirdiyinə görə Rusiyaya sanksiyalar tətbiq edildiyi kimi, Ermənistana da Dağlıq Qarabağı işğal etdiyinə görə eyni sanksiyaları tətbiq etməyə çağıran şəxs bu gün Avropanı öz “tarixi seçim”ində yanılmamağa səslədi.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprel ayında Krıma və şərqi Ukraynaya müdaxiləsinə görə Rusiyanın səsvermə hüquqlarını dayandırmaq barədə qətnamə qəbul etdi.

Gələn həftə AŞPA-nın Strasburqda keçiriləcək yay sessiyası ərəfəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ermənistanın Dağlıq Qarabağı və yeddi ətraf rayonu iyirmi ildən artıq müddətdə işğal altında saxladığına görə ona qarşı eyni rəftara çağıran qətnamə layihəsi irəli sürdü.

Qətnamə layihəsində deyilir: “Assambleyanı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə məhz eyni sanksiyaları – AŞPA-da onların səsvermə hüquqlarının dayandırılmasını və rəhbər orqanlardan çıxarılmalarını tətbiq etməyə çağırırıq.”

Süleymanovun  qətnamə layihəsinə AŞPA-ya 14 üzv dövlətdən 58 imza ilə dəstək gəldi, lakin o, eyni zamanda ədalətli dinləmənin keçiriləcəyinə zəmanət olmadığını anlayırdı. Qətnamə layihəsi iyunun 22-si Sədarət Komitəsində və iyunun 27-si Büroda müzakirə edildikdən sonra ya xüsusi məruzəçi təyin ediləcək, ya da məlumat üçün Monitorinq Komitəsinə yönləndiriləcəkdi. Süleymanovun bildirdiyinə görə, ikinci variant Bakıya qarşı ayrıseçkiliyin nümunəsi olardı.

O, həmçinin AŞPA Prezidenti Ann Brassörün qətnamə layihəsinə veto qoya biləcəyini qeyd etdi.

“Qətnamə layihəsini imzalayan deputatların sayının çox olması AŞPA prezidenti xanım Ann Brassörun veto hüququndan istifadə etmə imkanlarını faktiki olaraq məhdudlaşdırsa da, bu ehtimal qalır və bunu istisna etmək olmaz”, – o xəbərdarlıq etdi.

Beləliklə, o, AŞPA-dakı həmkarlarını tarixin bu anını rədd etməməyə çağırdı.

“Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA-nı tarixi seçim qarşısında qoyacaq”, – o bildirdi.

 

“Bu sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq bir təşkilatda – AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir.”

BMT Təhlükəsizlik Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Parlamenti kimi, AŞPA da keçmişdə Ermənistanı Dağlıq Qarabağdan geri çəkilməyə çağıran qətnamələr qəbul edib.

 

 

İngilis, Alman və Fransız dillərində 184 saytda yerləşdirilib.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları