AŞPA-da ədalətin məğlubiyyəti

Bu gün, 26
yanvar 2016-cı il tarixdə, Avropa Şurası Parlament Assambleyası özünün plenar
iclasında utancverici qərara imza atmışdır:

Britaniyalı deputat Robert Volter tərəfindən
hazırlanmış və Siyasi Məsələlər Komitəsində qəbul edildikdən sonra təsdiq üçün
Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış “AzərbaycanınDağlıq Qarabağvə digər işğal olunmuş ərazilərində
zorakılığın artması” məruzəsini Ermənistan tərəfinin və ermənipərəst qüvvələrin
təzyiqləri altında rədd edilmişdir;

Bununla da Parlament
Assambleyası özünün qəbul etmiş olduğu
1416(2005) saylı qətnaməsindən bütövlüklə və həmin qətnamənin həmin qətnamənin
2-ci bəndində ehtiva edilmiş … bir dövlətin
ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu
cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı
münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə
əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər.
Assambleya üzv dövlət
tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi
öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu
xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə
təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir
” kimi mövqeyindən imtina etmiş oldu.

AŞPA Volter
tərəfindən hazırlanmış və Siyasi Məsələlər Komitəsində qəbul edildikdən sonra təsdiq
üçün Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış “AzərbaycanınDağlıq Qarabağvə digər işğal olunmuş ərazilərində
zorakılığın artması” məruzəsini Ermənistanın və ermənipərəsət qüvvələrin təzyiqi
nəticəsində rədd etməklə işğalçıya dəstək verərək qərəzli qərar qəbul etmişdir.

AŞPA açıq-aşkar olaraq tək özünün deyil,
eyni-zamanda digər beynəlxalq qurumların, o cümlədən BMT Baş Assambleyasının və
TŞ-nin, Avropa Parlamentinin, ATƏT PA-nın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalını ehtiva edən qərar və qətnamələrinə qarşı çıxmış oldu;

AŞPA qeyd edilən qərarı qəbul etməklə birmənalı şəkildə
işğalçı Ermənistanı dəstəklədi və bir daha işğalçı dövləti öz çətiri altına
alaraq onun maraqlarına xidmət etdiyini sübuta yetirmiş oldu.

Mən AŞPA-nın
Ermənistanın və ermənipərəsət qüvvələrin təzyiqləri altında öz qərarlarına
qarşı çıxdığına görə təəssüf edirəm. İşğalçıya dəstək verərək ölkəmizə qərəzli
mövqe tutduğuna və məqsədyönlü şəkildə öz Nizamnaməsində ehtiva edilmiş üzv
dövlətlərin bərabərliyi və hüququn aliliyini pozmasını AŞPA-da demokratiya və ədalət
prinsiplərinin süqutu kimi dəyərləndirirəm. AŞPA təcavüzkar Ermənistanın
işğalçı siyasətini müdafiə etməklə işğalçıların əlində bir oyuncağa çevrildi.

 

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü,

Strasburq, 26.01 2016

 

 

 

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları