AŞPA-da Azərbaycanın işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı məruzə hazırlanacaq

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, sentyabrın 2-də AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.