AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov beynəlxalq təşkilatlara müraciət etdi

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Prezidenti Jan Klod Minyona, Avropa Şurasının Baş Katibi Torbyörn Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının Baş Katibi Voysix Saviçkiyə, Avropa Şurasına üzv dövlətlərin Xarici İşlər Nazirlərinə, Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinə məktub ünvanlayıb. “Azadinform” xəbər verir ki, məktub Ermənistanda keçirilmiş prezident seçkilərindən bəhs edir. 

 

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Prezidenti Jan Klod Minyona, Avropa Şurasının Baş Katibi Torbyörn Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının Baş Katibi Voysix Saviçkiyə, Avropa Şurasına üzv dövlətlərin Xarici İşlər Nazirlərinə, Avropa Şurası Parlament Assambleyasının bütün üzvlərinə məktub ünvanlayıb. “Azadinform” xəbər verir ki, məktub Ermənistanda keçirilmiş prezident seçkilərindən bəhs edir. 

 

Elxan Süleymanov seçkilərlə bağlı aparılan müxtəlif müzakirələrlə əlaqədar fikirlərini diqqətə çatdırıb: “Cari ilin mart ayının 20-də Monitorinq Komitəsinin iclasında Ermənistanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Karin Voldset bu ölkədə keçirilmiş seçkiləri demokratik olaraq qiymətləndirdi və təqdir etdi. Bununla əlaqədar biz Ermənistanda keçirilən prezident seçkilərinin qeyri-demokratik olması barədə 5 ölkəni təmsil edən 24 nəfər deputatın imzası ilə sənəd təqdim etmişik. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, AŞPA-nın bu ilin yanvar sessiyasında iştirak edən 225 deputatdan 196 nəfəri Monitorinq Komitəsinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair məruzəsi əsasında hazırlanmış qətnaməyə səs vermişdir və həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalını ehtiva edən müddəa vardır. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, aşağıdakı suallarımı cavablandırmanızı sizdən xahiş edirəm: 

1. Avropa Şurasının üzvü olan bir dövlətin, Ermənistanın, Avropa Şurasının üzvü olan digər dövlətin, Azərbaycanın torpaqlarını 25 ilə yaxın bir müddət ərzində işğal altında saxlamasına münasibətiniz necədir?

2. Xocalı soyqırımının təşkilatçısı və fəal iştirakçılarından biri olan Sarkisyanın 10 ildən artıq müddət ərzində Ermənistanın ali dövlət rəhbəri olduğu dövrdə işğala son qoymadan və iki ölkə arasında sülhə nail olmaq istiqamətində heç bir müsbət addım atmadığı təqdirdə yenidən Ermənistanın prezidenti seçilməsini necə qiymətləndirirsiniz?

3. Ermənistan prezidenti olaraq Sarkisyanın fəaliyyət göstərdiyi dövrdə işğal olunmuş Azərbaycan ərazisində Xocalı  aeroportunun tikilib istifadəyə verilməsi cəhdlərini Cənubi Qafqazda gərginliyin artmasına yönəlmiş təxribat kimi dəyərləndirirsinizmi?

4. Ermənistan bu ilin iyul ayından etibarən Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edəcək. Digər üzv dövlətin ərazilərini hərbi işğal  altında saxlayan bir dövlətin Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma rəhbərlik etməsini necə dəyərləndirirsiniz?

5. İşğalçı dövlətdə keçirilən seçkilərin demokratiklik müstəvisində qiymətləndirilməsi və ümumiyyətlə, işğalçı dövlətin Avropa Şurasında üzv dövlət kimi fəaliyyət göstərməsi demokratiya, söz azadlığı, qanunun aliliyi ilə ziddiyyət təşkil etmirmi?

E.Süleymanov Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar 18.03.2013-cü il tarixli bəyanatına da heç bir reaksiya olmamasından təəssüfləndiyini bildirib. 

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları