Andorrada Azərbaycanla bağlı konfrans keçirilib
Andorrada “Azərbaycan ХХI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, bu məqsədlə Milli Məclis və Azərbaycan Hökumətinin üzvlərindən ibarət nümayəndə heyəti Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Andorra Parlamentinin rəhbəri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edib.
Sonda o, bu səfərin Andorra – Azərbaycan əlaqələrin gücləndirilməsinə xidmət edəcəyinə inandığını bildirib. Millət vəkili Elxan Süleymanov çıxışında deyib ki, Avropa Şurasında bəzi qüvvələrin anti-Azərbaycan mövqedən çıxış etməsinin, Azərbaycanı beynəlxalq aləmdə antidemokratik və insan hüquqlarını kobud şəkildə pozan bir ölkə kimi təqdim etməsinin, müxtəlif vasitələrlə ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq və Azərbaycana təzyiq göstərmək cəhdlərinin yalnız bir səbəbi vardır. Məqsəd 1 milyona yaxın azərbaycanlının hüquqlarının işğalçı Ermənistan tərəfindən kütləvi və kobud şəkildə pozulması, bu insanların 20 ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşaması, onların öz vətənlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsinin yaddan çıxarılmasına və beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasına nail olmaqdan ibarətdir.