Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək

Andorranın Avropa Şurasına Prezidentliyi dövründə Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək.
Bu yaxında Andorranın Avropa Şurası Nazirlər Komitəsinə növbələşən Prezidentliyi qəbul etməsinin ardınca Andorra və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və enerji, turizm və idman kimi müxtəlif sahələrdə ümumi layihələr daxil olmaqla, siyasi və iqtisadi səviyyədə əməkdaşlığı inkişaf etdirmək öhdəliklərini ifadə etdilər.
“Vətəninfo.az”-ın məlumatına görə. Azərbaycanın Avronest PA-da Nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun təşəbbüsü ilə hökümət yönümlü və müxalifət deputatları, Baş Nazirin müavini və İqtisadi İnkişaf Nazirinin müavinindən ibarət Azərbaycan Nümayəndə heyəti Andorraya rəsmi səfər etdi.


Andorra Baş Şurasında keçirilmiş “21-ci əsrdə Azərbaycan” başlıqlı yüksək səviyyəli konfransda Andorra Parlamentinin Spikeri Vicenç Mateu nümayəndə heyətini salamlayıb, vurğulayıb ki, “Azərbaycan və Andorra kiçik ölkələr ola bilərlər, lakin beynəlxalq aləmdə söz demək hüququna malikdirlər” və əlavə edib ki, “hər iki ölkə çox qədim ənənələrə malikdir, ancaq eyni zamanda konstitusiyalarını 1990-cı illərdə qəbul etdiklərinə görə nisbətən gəncdir”.
“Bizim ölkələrimiz arasında oxşarlıq var, Biz nəinki tariximizlə fəxr edirik, həm də məqsədimiz gələcəyimizi qurmaq üçün əhəmiyyətli artım dərəcələri olan dinamik ölkələr olmaqdır.”
Elxan Süleymanov bu fikri təkrar edərək, əlavə edib ki, “Biz müxtəlif dinlərə mənsubuq, ancaq hər ikimiz zəngin irsə malik demokratik ölkələrik.”
O, Azərbaycanın enerji təhlükəsizliyi və qlobal sülh və təhlükəsizlik sahəsində Avropanın sadiq və etibarlı tərəfdaşı olduğunu vurğulayıb və təəssüflə bildirib ki, təxminən iyirmi il əvvəl Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmiş bir milyona yaxın azərbaycanlının hüquqlarının bərpası məsələsinə gəldikdə Avropa susur.
“Azərbaycan xalqının insan hüquqlarının pozulması qəbuledilməzdir və işğal nəticəsində ölkəmizin iqtisadiyyatına 431,5 milyard dollar ziyan dəyib. Mən başa düşmürəm, nəyə görə Avropa Şurası Azərbaycanı siyasi məhbus ittihamları ilə təkləməyə çalışır, lakin insan hüquqlarına dair belə bir mühüm məsələni həll edə bilmir”.
Süleymanov daha sonra AŞPA, Avropa Parlamenti, ATƏT və BMT-nin Dağlıq Qarabağın işğalını pisləyən qətnamələrinə hörmət etməyə çağırdı və həftənin əvvəlində Parisdə Avropa Şurasının Monitorinq Komitəsində Azərbaycana dair məruzəyə təqdim etməyə müvəffəq olduğu düzəlişi xatırlatdı.
“Əminəm ki, Andorra Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə Azərbaycanla bağlı daha obyektiv və konstruktiv mövqe tutacaq”.
Nümayəndə heyəti Andorranın Turizm və Ətraf Mühit Naziri Fransek Kamp Torres və Andorranın İqtisadiyyat Naziri Jordi Alkoe Font ilə də ayrıca görüşlər keçirilib və görüşdə  bu, iki ölkə arasında əsasən turizm və idman sahəsində əməkdaşlıq potensialının olduğu vurğulanıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları