Şamaxının ən yaşlı sakini, 113 yaşlı Narınc ana dünyasını dəyişib.
1900-cü ildə dünyaya gələn Narınc ana həyatının son günlərinə kimi doğulduğu Avaxıl kəndinin xeyrində və şərində yaxından iştirak edirdi. Buna görə də yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı…
2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı onu daha yaxından tanımaq imkanım yarandı. Qısa bir müddət ərzində aramızda əsil ana-oğul ülfəti yarandı. Bu ülfət həyatım boyu mənimlə qalacaq.
Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznlə başsağlığı verirəm.
ALLAH rəhmət eləsin!
ALLAH rəhmət eləsin!
Elxan Süleymanov,
Şamaxının millət vəkili